Icma.az
close
up
RU
Müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin imzasıdır

Müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin imzasıdır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə, 10 fevral, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi və Gəncə Gənclər Evinin təşkilatçılığı ilə “2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin imzasıdır” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində yerləşən büstü ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

“2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, dövlətimizin həyata keçirdiyi uğurlu gənclər siyasəti nəticəsində gənclər cəmiyyətin bütün sahələrində fəal iştirak edirlər. O vurğulayıb ki, gənclərin könüllülük fəaliyyəti cəmiyyətdə həmrəyliyin və sosial məsuliyyətin güclənməsinə mühüm töhfə verir. Könüllü gənclər müxtəlif sahələrdə fəallıq göstərərək vətəndaş cəmiyyətinin inkişafında nümunəvi rol oynayırlar.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, gənclərimiz dövlətə və milli dəyərlərə bağlı, savadlı və təşəbbüskar ruhda formalaşır ki, bu da Azərbaycanın gələcəyi üçün möhkəm təminatdır.

2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin direktoru Fərid Yaqubov “ASAN xidmət”in gənclərin inkişafına və ictimai fəallığının artırılmasına xüsusi önəm verdiyini bildirib. O qeyd edib ki, bu gün tədbirdə iştirak edən gənclər ölkəmizin innovativ və dinamik gələcəyini təmsil edirlər.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov gənclərin sağlam, fəal və vətənpərvər ruhda yetişməsinin əsas məqsədlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, Qərb regionunda gənclərin idman və ictimai fəaliyyətə cəlb olunması istiqamətində ardıcıl və sistemli işlər həyata keçirilir. Bu cür tədbirlər də həmin siyasətin bariz nümunəsidir.

Tədbirin davamında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda film nümayiş olunub.

Sonda 2025-ci ildə Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına görə bir qrup gənc “Təşəkkürnamə” ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Fevral 2026 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri