Icma.az
close
up
RU
Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir

Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Mayın 10-u müasir Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın müdrik lideri, dünya siyasətində silinməz iz qoymuş tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Bu əlamətdar tarix həm də dövlətçilik ideyalarının, siyasi uzaqgörənliyin və milli dirçəliş iradəsinin rəmzi kimi dəyərləndirilir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövr sistemli islahatlara və planlı inkişaf strategiyasına əsaslanan sürətli inkişaf mərhələsi kimi xarakterizə olunur. Totalitar rejimin ideoloji qadağalarına rəğmən həmin dövrdə Ulu Öndər Azərbaycan xalqının milli kimliyini, dilini, mədəniyyətini və mənəvi dəyərlərini cəmiyyətin əsas dayaqlarına çevirmişdir. Onun rəhbərliyi ilə Azərbaycan həm iqtisadi göstəricilər, həm də elmi-texniki tərəqqi, sənaye quruculuğu, mədəni yüksəliş və milli kadr potensialının formalaşması baxımından Sovet respublikaları arasında üstün mövqeyə yüksəlmişdir. Bu mərhələ, eyni zamanda milli şüurun möhkəmlənməsinə və gələcək müstəqillik düşüncəsinin formalaşmasına şərait yaratmışdır.
Dahi Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın sənaye sektorunun da güclənməsinə şərait yaratmışdır. SSRİ-nin müxtəlif respublikalarına ixrac olunan məhsullar Azərbaycanın sənaye potensialını və iqtisadi gücünü nümayiş etdirərək ölkənin inkişafında mühüm rol oynamışdır.
Ulu Öndər Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı ilə yanaşı, milli kadr potensialının formalaşdırılmasına xüsusi diqqət ayırması onun uzaqgörən siyasətinin bariz nümunəsi idi. O dövrdə minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu ali məktəblərində, xüsusilə Moskva və Leninqrad kimi mərkəzlərdə təhsil alması üçün dövlət tərəfindən sistemli şərait yaradıldı. Nəticədə, bu siyasət sayəsində formalaşan yüksək ixtisaslı kadrlar Azərbaycanın müstəqillik illərində müxtəlif sahələrdə aparıcı rol oynadılar. Bu amillər Ümummilli Liderin gələcəyə yönəlmiş dövlətçilik strategiyasının əyani göstəricisi kimi təqdir olunur.
Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanın dil siyasəti ön planda tutulmuş, milli dəyərlərin qorunmasına xüsusi diqqət yetirilmişdir. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin bariz nümunəsi idi. Bu faktor milli ideologiyanın əsaslarını möhkəmləndirən cəsarətli bir addım olaraq dəyərləndirildi. Dilin hüquqi statusunun rəsmiləşdirilməsi təhsil və mədəniyyət sahələrində ana dilinin geniş şəkildə tətbiqinə, milli mədəniyyətin inkişafına və özünüdərk prosesinin güclənməsinə mühüm təsir göstərdi.
1982-ci ildə SSRİ rəhbərliyində yüksək vəzifəyə – Nazirlər Soveti sədrinin birinci müavini postuna irəli çəkilən Ulu Öndər Heydər Əliyev Moskvada Azərbaycanın xeyrinə olan məsələlərin həllində fəal şəkildə iştirak etmişdir. Ümummilli Lider respublikamız üçün yeni iqtisadi imkanların yaradılmasına, iri layihələrin təsdiqlənməsinə və maliyyə resurslarının cəlb olunmasına nail olmuşdur. Onun fəaliyyətində dövlətçilik maraqları hər zaman ön planda idi.
SSRİ-nin süqutu ilə müstəqilliyini bərpa edən Azərbaycanda 1990-cı illərin əvvəlləri dərin siyasi böhranla müşayiət olunurdu. Həmin dövrdə idarəetmədə xaos, vətəndaş qarşıdurması, separatçılıq meyilləri və Dağlıq Qarabağ münaqişəsinin alovlanması cəmiyyətə ciddi təhlükə yaratdı. Dövlət institutları iflic vəziyyətinə düşmüş, ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun rəhbərliyi ilə qısa müddətdə ölkədə sabitlik təmin olundu, vətəndaş qarşıdurmasının qarşısı alındı, hüquqi və institusional islahatlara başlanıldı. Uzaqgörən və praqmatik siyasət nəticəsində dövlətçiliyin əsasları möhkəmləndirildi, Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş imici formalaşdı və gələcək inkişaf üçün möhkəm təməl yaradıldı. Ulu Öndərin siyasi iradəsi, zəngin təcrübəsi və xalqla sıx bağlılığı sayəsində Azərbaycan ağır böhrandan çıxaraq sabitlik və tərəqqi yoluna qədəm qoydu. Bu dövr müasir dövlətçilik tariximizdə fundamental əsasların formalaşdığı və strateji istiqamətlərin müəyyənləşdirildiyi mühüm bir mərhələ kimi xüsusi əhəmiyyətə malikdir.
Həmçinin, 1994-cü il mayın 12-də məhz Ümummilli Liderin gərgin səyləri nəticəsində Birinci Qarabağ müharibəsində atəşkəs sazişi imzalandı, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Sülh danışıqları ilə yanaşı, ordunun müasir silah və texnologiyalarla təchiz edilməsi, hərbi hazırlığın artırılması istiqamətində bir sıra önəmli islahatlar həyata keçirildi. Dövlət sərhədlərinin qorunması və milli təhlükəsizliyin təmin olunması vəzifəsi hər zaman ön planda saxlanıldı. Eyni zamanda, ölkəmizin regional və qlobal təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş kimi tanınmasına şərait yarandı.
1994-cü il sentyabrın 20-də Bakıda dünyanın tanınmış neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə, Azərbaycanın sürətli inkişafının təmin edilməsi istiqamətində atılan mühüm addımların fövqündə dayanır.
12 noyabr 1995-ci il tarixində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən ümumxalq referendumu nəticəsində müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Bu mühüm siyasi hadisə ölkənin hüquqi əsaslarını müəyyənləşdirməklə yanaşı, demokratik idarəetmə prinsiplərinin tətbiqinə, insan hüquq və azadlıqlarının təminatına, dövlət quruculuğunun müasir əsaslar üzərində formalaşmasına zəmin yaratdı. Referendum xalqın iradəsinin ifadəsi olaraq milli dövlətçilik tarixində mühüm dönüş nöqtəsinə çevrildi.
Dahi Lider Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmiş və ölkəmizin dünya birliyinə inteqrasiyasını təmin etmişdir. Xüsusilə nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması ölkəmizin qlobal arenada hüquqi və siyasi mövqeyinin güclənməsinə, eyni zamanda milli maraqların qorunmasına mühüm töhfələr vermişdir. Bütün bu amillər regionda etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycanı dünyanın əsas geosiyasi mərkəzlərindən birinə çevirmişdir. Ulu Öndər, həmçinin Azərbaycanın beynəlxalq hüquq və diplomatiya sahəsində milli maraqlara əsaslanan və uzunmüddətli strateji hədəfləri əhatə edən prinsipial mövqeyini formalaşdıraraq ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə vermişdir.
Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri Dahi Lider Heydər Əliyevin uzaqgörən enerji siyasətinin parlaq təzahürüdür. Bu layihələr Ulu Öndərin təşəbbüsü və siyasi iradəsi sayəsində reallaşaraq Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynamışdır. Məhz bu strateji infrastruktur xətləri ölkəmizin geosiyasi əhəmiyyətini artırmış, regionda enerji təhlükəsizliyinin təmin edilməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə güclü təkan vermişdir. Bu layihələr həm də ölkəmizin müstəqil enerji siyasəti yürütmək qabiliyyətini nümayiş etdirən əlamətdar nailiyyətlərdən hesab edilir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən və milli maraqlara əsaslanan siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətçilik ənənələrinə sadiqlik, strateji düşüncə və prinsipial mövqe nəticəsində müasir Azərbaycan regionun lider dövlətinə çevrilmiş, xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər bu siyasi xəttin məntiqi nəticəsi olmuşdur. Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması, Ümummilli Liderin əsasını qoyduğu ideyaların Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilməsinin ən parlaq təzahürüdür. Bu Zəfər dövlətçilik tariximizin qürurverici səhifəsi kimi əbədi yaşayacaqdır.

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 May 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri