Icma.az
close
up
RU
Müasir biznes dünyasında məhsuldarlıq böhranı

Müasir biznes dünyasında məhsuldarlıq böhranı

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

İşçilərin 79 faizi işdən qopmuş kimi hiss edir.

Banco.az xəbər verir ki, müasir iş yerləri artan məhsuldarlıq böhranı ilə üz-üzədir.

CV platforması “MyPerfectResume” tərəfindən 1100 ABŞ əməkdaşı arasında aparılan araşdırma göstərir ki, işçilərin 79%-i işlərinə bağlı hiss etmirlər. Aşağı maaşlar, dəyərlərlə uyğunsuzluq və qeyri-müəyyən gözləntilər bu halın əsas səbəbləri arasında yer alır.

Araşdırmaya əsasən, işçilərin 33%-i aşağı maaşların motivasiya itkisinə səbəb olan əsas amil olduğunu bildirir. “MyPerfectResume” karyera eksperti Jasmin Eskaleraya görə, şirkətlər bu məlumatları bir xəbərdarlıq kimi qəbul etməli və əməkhaqqı siyasətlərini yenidən nəzərdən keçirməlidirlər. Müasir istedad bazarında rəqabət qabiliyyətini qorumaq üçün maaş strukturlarının yenilənməsi, mütəmadi olaraq əməkhaqqı qiymətləndirmələrinin aparılması, performansa əsaslanan artımlar və bonuslar kimi stimulların tətbiqi vacibdir.

Elastiklik və iş-həyat balansı ön plandadır

Maddi təşviqlərdən əlavə, işçilərin məhsuldarlığını artıran əsas faktorlardan biri iş-həyat balansıdır. Sorğuda iştirak edənlərin 47%-i daha çevik iş saatlarının və hibrid modelin onların iş məmnuniyyətini artıracağını bildirir. Bununla yanaşı, işçilərin 49%-i yüksək iş yükünü ən böyük stres mənbəyi kimi görür. Bu nəticələr şirkətlərin ofisə qayıdış siyasətlərini və elastik iş modellərini yenidən nəzərdən keçirməli olduğunu göstərir.

İşçilərin 44%-i daha aydın ünsiyyət və rəhbərlik gözlədiklərini bildirir. Rəhbərlikdəki çatışmazlıqlar işçilərin işlərinə bağlılığını zəiflədir və motivasiya itkisinə səbəb olur. Aydın gözləntilərin müəyyən edilməsi və effektiv liderlik yanaşması işçi bağlılığını artırmaqda həlledici rol oynayır.

Müasir iş dünyasında məhsuldarlığın artırılmasının açarı işçilərin ehtiyaclarına diqqət yetirməkdən keçir. Şirkətlər yalnız maaş siyasətini deyil, iş-həyat balansı, elastiklik və liderlik yanaşmalarını da yenidən formalaşdırdıqda həm məhsuldarlıq artır, həm də işçi məmnuniyyəti təmin olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://banco.az
archiveBu xəbər 24 Fevral 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri