Icma.az
close
up
RU
Lənkəranda çəltikçilik: müasir texnologiya və yüksək məhsuldarlıq FOTOREPORTAJ

Lənkəranda çəltikçilik: müasir texnologiya və yüksək məhsuldarlıq FOTOREPORTAJ

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Lənkəran, 17 sentyabr, İlkin Adıyev, AZƏRTAC

Çəltikçilik Lənkəranda ənənəvi kənd təsərrüfatı sahələrindən biridir. Bir neçə ildir ki, bölgədə çəltik biçini müasir kombaynlar vasitəsilə həyata keçirilir. Bu texnika həm məhsulun yığımını xeyli sürətləndirir, həm də itkinin qarşısını alır. Əgər əvvəllər biçin uzun vaxt aparır və məhsulun bir hissəsi zay olurdusa, indi yeni texnikaların sayəsində fermerlər həm vaxta, həm də məhsuldarlığa qənaət etmiş olurlar. Bu isə bölgədə çəltikçilik sahəsinin daha da inkişaf etməsinə imkan yaradır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çəltik biçildikdən sonra sahələrdə quraşdırılmış xüsusi aqreqatlarda qurudulur və vaxt itirilmədən birbaşa emal müəssisələrinə göndərilir. Bu proses məhsulun keyfiyyətinin qorunmasına, həmçinin saxlanma zamanı yarana biləcək itkilərin qarşısının alınmasına şərait yaradır. Müasir texnologiyaların tətbiqi fermerlərin işini asanlaşdırmaqla yanaşı, məhsulun bazara daha tez və keyfiyyətli şəkildə çıxmasına da imkan verir.

Sahələrdə isə əsas diqqət yüksək məhsuldarlıq verən sortların əkilməsinə yönəlir. Çünki bu cür sortlar həm daha çox məhsul toplamağa, həm də ümumi gəliri artırmağa şərait yaradır. Fermerlər bildirirlər ki, məhsuldar sortların əkilməsi ilə həm istehsal gücü artır, həm də bölgənin çəltikçilik potensialı daha geniş imkanlar qazanır.

Hazırda sahələrdə əsasən Türkiyədən gətirilmiş “Maritsa” adlı sortun becərilməsinə üstünlük verilir. Fermerlərin sözlərinə görə, bu sort qısa müddətdə bölgədə məşhurluq qazanıb. Onun ən böyük üstünlüklərindən biri yüksək məhsuldarlığıdır. Belə ki, “Maritsa” yerli sortlarla müqayisədə bir neçə dəfə çox məhsul verir. Bu isə həm kənd təsərrüfatı ilə məşğul olanların gəlirini artırır, həm də bazarın tələbatını daha yaxşı ödəməyə imkan yaradır.

2014-cü ildən ölkəmizdə çəltikçilik sahəsində çalışan türkiyəli mütəxəssis Abdulla Gezgin deyir ki, düyünün xaricə ixracı üçün məhsuldar sortların becərilməsi çox vacibdir. “Bu baxımdan yüksək məhsuldarlığa malik olan sortların əkilməsinə ehtiyac var. “Maritsa” sortu yerli şəraitdə 7-9 tonadək məhsul verir. Düzdür, o, bazarda “Haşimi” qədər yüksək qiymətə satılmır, məsələn, “Haşimi”nin kiloqramı 6 manata təklif olunduğu halda, digər sortların qiyməti nisbətən ucuz olur. Amma yenə də yüksək məhsuldarlıq və ümumi gəlir baxımından həmin sortlar daha əlverişlidir.

Hazırda sahələrdən topladığımız çəltik ərazidə quraşdırdığımız xüsusi qurutma aqreqatlarına daxil edilir. Bu aqreqatlar vasitəsilə 8 saat ərzində çəltiyin daxilindəki nəmlik faizi normaya endirilir. Beləliklə, məhsulun keyfiyyəti qorunur, saxlanma müddəti uzadılır və emal üçün daha əlverişli vəziyyətə gətirilir. Qurudulmuş çəltik sonrakı mərhələdə emal müəssisələrinə göndərilərək düyüyə çevrilir” , - deyə türkiyəli mütəxəssis bildirir.

Onun sözlərinə görə, əgər hava şəraiti əlverişli olarsa, qarşıdakı həftə ərzində biçin prosesi tam yekunlaşacaq. Bu isə o deməkdir ki, bölgədə cari mövsüm üçün nəzərdə tutulan məhsul yığımı vaxtında başa çatdırılacaq və fermerlər əldə etdikləri məhsulu tez zamanda bazara çıxarmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda çəltiyin əkin sahəsi 5,0 min hektar olub. Ötən il çəltiyin əkin sahəsi 2019-cu ilə nisbətən 25,0 faiz, 2023-cü ilə nisbətən isə 56,2 faiz artıb. Çəltik istehsalı 2019-cu ilə nisbətən 33,3 faiz, 2023-cü ilə nisbətən isə 7,4 faiz artaraq 16,0 min ton olub.

2024-cü ildə çəltik istehsalının 22,5 faizi Ucar, 17,5 faizi Lənkəran, 15,6 faizi Ağdaş, 12,5 faizi Zərdab, 11,2 faizi Sayan, 20,7 faizi isə digər rayonların payına düşüb. Məhsuldarlıq ölkə üzrə 31,9 sent/ha olub. Keçən il məhsuldarlıq səviyyəsi 2019-cu ilə nisbətən 6,7 faiz artıb, 2023-cü ilə nisbətən isə 8,6 faiz azalıb. Ucar, Lənkəran, Astara, Salyan və Zərdab rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub.

2023-2024-cü illərdə düyünün 1 kiloqramının sahədə və ya topdansatış qiymətləri 2,60-3,19 AZN arasında dəyişib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri