Icma.az
close
up
RU
Müasir dövlətçilik tariximizin daha bir qürurverici səhifəsi

Müasir dövlətçilik tariximizin daha bir qürurverici səhifəsi

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

25 oktyabr Azərbaycanın müasir dövlətçilik tarixində əlamətdar günlərdən biri kimi qeyd olunur. Qubadlının işğaldan azad edildiyi həmin gün xalqımızın sarsılmaz iradəsini, birliyini və ordumuzun qəhrəmanlığını nümayiş etdirir. Tarixi ədalətin bərpası, illərlə həsrətlə gözlənilən Qələbə, doğma torpaqların yenidən dirçəlişi reallığa çevrilib. Ölkə rəhbərliyinin siyasi uzaqgörənliyi, Müzəffər Azərbaycan Ordusunun mərdliyi və xalqın sarsılmaz dəstəyi nəticəsində Qubadlıda üçrəngli dövlət bayrağı qürurla dalğalanır.

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərində yerləşir. Ərazisi 802 kvadrat kilometr, torpaq fondu 79 min hektardan artıqdır. Relyefi əsasən dağlıq və dağətəyi sahələrdən ibarət olan bu diyar təbii gözəlliyi, zəngin flora və faunası, büllur bulaqları və füsunkar təbiəti ilə seçilir. Həkəri və Bərgüşad çaylarının suları həmin torpaqlara həyat bəxş edir, münbit vadilər kənd təsərrüfatının inkişafına imkan yaradır.
Qubadlının təbii ehtiyatları da böyük iqtisadi əhəmiyyət kəsb edir, rayon ərazisində mərmərləşmiş əhəng daşı, yəşəm, tuf, əqiq kimi tikinti və bəzək materiallarının yataqları mövcuddur. Bu sərvətlər gələcək sənaye layihələrinin əsasını təşkil etməklə, bölgənin iqtisadi dirçəlişinə təkan verəcək mühüm potensiala malikdir.
1988-ci ildən etibarən Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonu ardıcıl hücumlara məruz qaldı və 1993-cü il avqustun 31-də tam şəkildə işğal olundu. Bu işğal Qubadlının maddi və mədəni irsini ciddi zərər altında qoydu. 94 yaşayış məntəqəsi, 7278 ev, 148 sosial obyekt, 161 mədəniyyət müəssisəsi yerlə-yeksan edildi. On minlərlə sakin doğma yurdlarından didərgin düşdü, məcburi köçkünlük həyatı yaşamağa məcbur oldu. Ermənistan işğal dövründə beynəlxalq hüququn prinsiplərini, xüsusilə Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq, Qubadlının Xanlıq kəndində qanunsuz məskunlaşma siyasəti həyata keçirdi. Burada xaricdən gətirilmiş ermənilər üçün süni yaşayış məntəqəsi salındı. Bu amillər beynəlxalq hüquq baxımından müharibə cinayəti sayılır və qonşu dövlətin təcavüzkar mahiyyətini bir daha sübut edir.
2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi xalqın tarixi ədalət uğrunda apardığı müqəddəs mübarizə idi. Qubadlının azad olunması həmin mübarizənin strateji mərhələlərindən biri kimi tarixə düşdü. Ərazinin mürəkkəb dağ relyefi və düşmənin qurduğu güclü müdafiə sədlərinə baxmayaraq, Azərbaycan Ordusunun qəhrəmanlığı, yüksək döyüş hazırlığı və taktiki ustalığı nəticəsində bu mühüm ərazi azad edildi.
Xanlıq, Padar, Sarıyataq kimi kəndlər bir-birinin ardınca işğaldan təmizləndi, oktyabrın 25-də isə Qubadlı şəhəri üzərində üçrəngli bayrağımız qürurla dalğalandı. Bu şanlı Qələbə həm də Şuşaya gedən yolun açılması demək idi. Qubadlı əməliyyatı Müzəffər Ali Baş Komandanın uzaqgörən strateji qərarlarının, ordumuzun peşəkarlığının və xalqın birliyinin təntənəli təzahürünə çevrildi.
2020-ci il noyabrın 26-da Qubadlının azad edilməsində göstərilən igidliyə görə 15 mindən çox hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bu faktorlar dövlətin qəhrəman oğullara olan dərin ehtiramını təcəssüm etdirir.
2021-ci ilin 27 oktyabr tarixində fəaliyyətə başlayan “Qubadlı” gömrük postu regionun iqtisadi inteqrasiyası və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Burada sərhəd nəzarəti, ticarət əməliyyatları və logistik idarəetmə müasir standartlara uyğun həyata keçirilir. Bu infrastruktur həm də azad edilmiş ərazilərin ümummilli iqtisadi sistemə inteqrasiyasının göstəricisidir.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 oktyabr tarixi Qubadlı şəhəri günü kimi təsis edilib. Bu qərar Zəfərin təntənəsi olmaqla yanaşı, azad edilmiş torpaqlarda dövlətçilik iradəsi və yenidənqurma siyasətini ifadə edir.
Hazırda Qubadlı dirçəliş və quruculuq dövrünü yaşayır, ölkə rəhbərliyinin nəzarəti və birbaşa tapşırıqları ilə rayonda irimiqyaslı layihələr həyata keçirilir. Qubadlı–Eyvazlı avtomobil yolu, Qubadlı–Laçın magistral xətti, yeni körpülər və kommunikasiya xətləri bölgənin sosial-iqtisadi həyatına yeni nəfəs gətirir. Rayonda inşa edilmiş 110 kV-luq “Qubadlı” yarımstansiyası ərazinin enerji təhlükəsizliyini təmin edir və onu respublikanın vahid enerji sisteminə birləşdirir. Həmçinin, sürətli internet infrastrukturu yaradılaraq müasir rəqəmsal xidmətlərin tətbiqi üçün şərait formalaşdırılıb.
Nazirlər Kabinetinin 2025-ci il 9 sentyabr tarixli qərarı ilə təsdiqlənmiş “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” bölgənin sosial-iqtisadi inkişafını müəyyənləşdirən mühüm strateji sənəddir. Baş Plan çərçivəsində 47 min nəfərin məskunlaşdırılması, yeni yaşayış massivlərinin, sənaye zonalarının və sosial obyektlərin tikilməsi nəzərdə tutulur.
Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndləri Böyük Qayıdış proqramının ilk addımlarının atıldığı yaşayış məntəqələridir. Hazırda Mahruzluda 190, Zilanlıda isə 159 fərdi evin tikintisi aparılır. Kəndlərdə məktəb, tibb məntəqəsi, ictimai binalar və yaşıllıq zonaları salınır. Layihələrin başa çatdırılması ilə bu yaşayış məntəqələrinə 3 mindən çox sakin qayıdacaq. Qubadlıda həyat tədricən əvvəlki ahənginə qayıdır, hər addımda doğmalıq və gələcəyə inam hiss olunur.
Artıq azad Qubadlı xalqın əzmini, dövlətin gücünü və Zəfərin davamlılığını təcəssüm etdirən müqəddəs məkandır. Burada reallaşdırılan bərpa və quruculuq layihələri Böyük Qayıdış Proqramının mahiyyətini nümayiş etdirir. Ucalan hər bina, çəkilən hər yol, salınan hər kənd Vətən sevgisinin, milli iradənin və Zəfər ruhunun təntənəsidir. Qubadlı dirçəlir, bütün bu amillər suveren Azərbaycanın gələcəyinə olan inamın bariz nümunəsinə çevrilir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri