Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Müasir dövlətçilik tariximizin şanlı qürurverici səhifəsi Millət vəkili yazır

Müasir dövlətçilik tariximizin şanlı qürurverici səhifəsi Millət vəkili yazır

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Dövlətçilik tariximizin şanlı və qürurverici səhifələrindən biri 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasıdır. Bu mühüm hadisə bütövlükdə Şərq dünyasının ictimai-siyasi inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. İlk dəfə olaraq Şərqdə və müsəlman aləmində demokratik, hüquqi və dünyəvi dəyərlərə əsaslanan parlament idarəçiliyinə malik respublikanın qurulması millətimizin azadlıq və müstəqillik uğrunda tarixi iradəsinin təntənəsi idi.

Tiflisdə qəbul edilən İstiqlal Bəyannaməsi ilə xalqımız öz taleyinə sahib çıxmaq, müstəqil və suveren dövlət qurmaq iradəsini dünyaya bəyan etmişdir. Bəyannamədə xalq hakimiyyəti, hüquq bərabərliyi, söz və mətbuat azadlığı, din və vicdan azadlığı kimi mütərəqqi prinsiplər əsas götürülmüşdür. Bu, təkcə milli dövlətçilik tariximiz üçün deyil, həm də beynəlxalq müstəvidə olduqca əhəmiyyətli və qabaqcıl bir sənəd idi. 

Cəmi 23 ay mövcud olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti çoxsaylı dövlət atributlarını – bayraq, gerb, pul vahidi, milli ordu, təhsil və məhkəmə sistemi formalaşdırmışdır. Xalq maarifinin inkişafı məqsədilə ciddi islahatlara başlanmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) təsis edilmiş, milli-mədəni dirçəlişə zəmin yaranmışdır. Hökumət ölkənin beynəlxalq miqyasda tanınması istiqamətində də mühüm addımlar atmış, 1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanınmışdır. Lakin mövcud geosiyasi reallıqlar və xarici hərbi müdaxilə nəticəsində 1920-ci il aprelin 28-də Cümhuriyyət süqut etdi. Bununla belə, bu dövr xalqımızın milli özünüdərk prosesində, dövlətçilik təfəkkürünün formalaşmasında silinməz izlər qoydu və gələcək müstəqillik üçün güclü ideya bünövrəsi yaratdı.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası ilə milli dövlətçilik dəyərlərinin qorunması baxımından yeni mərhələnin əsası qoyulmuşdur. Lakin müstəqilliyin ilk illərində Azərbaycanda ağır siyasi, sosial və iqtisadi böhran hökm sürmüş, xalqımız real təhlükələrlə üz-üzə qalmışdır. Separatizm meyilləri güclənmiş, vətəndaş qarşıdurması təhlükəsi meydana çıxmışdır.

1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumuş, ölkəmizi parçalanmaq təhlükəsindən xilas etmiş və sabitliyin təmin olunmasına nail olmuşdur. Məhz Ümummilli Liderin uzaqgörən və prinsipial siyasəti nəticəsində müstəqil dövlətimizin möhkəm təməlləri formalaşdırılmışdır. Heydər Əliyev Cümhuriyyətin ideya-siyasi irsinə hər zaman yüksək dəyər verərək bu dövlətin tarixi rolunu dəfələrlə vurğulamışdır. Onun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş, paytaxt Bakının mərkəzində Cümhuriyyətə abidə ucaldılmışdır. Dahi Lider qeyd etmişdir: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”.

Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xəttin nəticəsi olaraq Azərbaycan XXI əsrə güclü, sabit və dayanıqlı dövlət kimi qədəm qoymuşdur. Ümummilli Lider milli maraqları əsas tutan xarici siyasət strategiyası ilə Azərbaycanın beynəlxalq nüfuzunun artmasına nail olmuşdur. Həmçinin ordu quruculuğu sahəsində atılan fundamental addımlar müstəqilliyimizin qorunması və gələcək zəfərlərə aparan yolun əsasını təşkil etmişdir.

Prezident İlham Əliyev Ulu Öndərin təməlini qoyduğu islahatlar kursunu uğurla davam etdirərək Azərbaycan dövlətini yeni zirvələrə yüksəltmişdir. Onun rəhbərliyi ilə Azərbaycan regionda aparıcı güc mərkəzinə çevrilmiş, iqtisadi inkişaf sabit və dayanıqlı xarakter almış, ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınmışdır. Dövlətimizin başçısının 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi, həmçinin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli irsə verilən dəyərin ifadəsidir. Dövlətimizin başçısı qeyd etmişdir: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq”.

Tarixə əsaslanan bu strateji yanaşmanın məntiqi nəticəsi kimi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsində möhtəşəm Zəfər qazandı. Həmçinin 2023-cü ildə şanlı ordumuz tərəfindən keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində dövlət suverenliyi tam təmin edildi. 

28 May – Müstəqillik Günü müasir Azərbaycan cəmiyyətində yalnız bir tarixi hadisə kimi deyil, həm də milli ideya, dövlətçilik şüuru və həmrəylik simvolu kimi yaşadılır. Dövlətimiz tərəfindən gələcək nəsillər üçün bu dəyərlərin qorunmasına xidmət edən siyasət davam etdirilir. 28 May həm keçmişimizin şanlı xatirəsi, həm də sabit, müasir və qüdrətli dövlətimizin əsas dayaqlarından biridir.

Bədəl Bədəlov

Milli Məclisin deputatı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 May 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see202

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see172

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see168

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see141

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri