Icma.az
close
up
RU
Müasir dövrün bəlası: Piylənmənin qarşısını necə almaq olar?

Müasir dövrün bəlası: Piylənmənin qarşısını necə almaq olar?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Piylənmə dövrün xəstəliyidir və müalicəsi də mümkündür. Əgər bu problemə dırnaqarası baxılsa yorğunluq, yuxusuzluq və ən nəhayət xərçəngə də yol açır.

Müasir dövrün ən aktual xəstəliklərindən biri də piylənmədir. Bu gün dünyada piylənmədən əziyyət çəkən insanların sayı bir milyarddan çoxdur və hər il təxminən üç milyon insan piylənmənin yaratdığı fəsadlar səbəbindən həyatını itirir. "Global İndex” dünyada artıq çəkidən əziyyət çəkən ölkələrin siyahısını açıqlayıb. Araşdırmaya görə, Kuk adalarında əhalinin 69,8%, Nauruda 58,1%, Kiribatidə 56,7, Küveytdə 43,8%, ABŞ-də 42,7%, Meksikada 36,9%, Misirdə 35,7%, Yeni Zelandiyada 34,3%, Argentinada 32,4%, Avstraliyada 31,3%-i piylənmədən əziyyət çəkir.

Bizim coğrafiyanın da insanları yeyib-içməyə meylli olduqları üçün xəstəlik buralarda da aktualdır. Ətrafımızda artıq çəkidən əziyyət çəkən kifayət qədər insanlarla rastlaşırıq. Üstəlik, köklüyün sağlamlıq əlaməti olduğunu düşünən, övladları güclü olsun deyə çox yedizdirən, kök uşaqların daha şirin, toppuş sayıldığı ölkədə bu xəstəlikdən yan keçmək mümkün deyil. 

Respublika Endokrinoloji Mərkəzin həkim endokrinoloqu Lalə Məmmədova da "Kaspi”yə açıqlamasında təsdiqləyir ki, son vaxtlar piylənmə problemi ilə bağlı Mərkəzə müraciət edənlərin sayı artıb. Həkim bildirir ki, artıq çəki ilə bağlı ölkəmizdə də ciddi problemlər var: "Bu gün biz metabolik sindromla ciddi şəkildə mübarizə aparırıq. Bu, müasir dövrün geniş yayılan və ciddi sağlamlıq problemidir. Bu sindrom bir sıra metabolik pozğunluqların bir araya gəlməsi ilə xarakterizə olunur və ürək-damar xəstəlikləri, diabet və yüksək təzyiqə yol açır. Bu sindiromun ən önəmli səbəbi piylənmədir. Yəni biz tək piylənmə ilə mübarizə aparmaqla diabet, yüksək təzyiqi və ürək damar xəstəliklərinin də qarşısını almış oluruq. Metabolik sindromdan qorunmaq üçün erkən müdaxilə və düzgün həyat tərzi vacibdir. Bu səbəbdən də piylənməyə erkən yaşda müdaxilə çox mühümdür”.

Həkim deyir ki, artıq çəki probleminin ilkin mərhələsi uşaq yaşlarından başlayır. Ana və nənələrin uşağı daha çox yedizdirməsi, kök uşağın gələcəkdə daha güclü ola biləcəyi düşüncəsi piylənməyə qapı açır: "Son bir neçə ildə artıq çəkili uşaqlarla daha çox rastlaşırıq. Məsələn, bir sinifdə 20-30 şagirddən 4-5-i artıq çəkili olur. O uşaqlarla danışıb, araşdıranda görürük ki, ailədə zob, şəkər, təzyiq xəstəliyi var. Belə davam edərsə, bu uşaqlar da o xəstəliklərlə mübarizə aparmalı olacaq. Ona görə də, piylənməni uşaq vaxtından aşkarlamaq, üstünə düşmək gələcəkdəki sağlamlıq problemlərinin qarşısını alır. Sağlam qidalanma bu məsələdə çox vacibdir”.

Həkim deyir ki, Azərbaycanda piylənmə problemi qadınlarda daha çox rast gəlinir: "Qadınlarımız kişilərdən daha çox artıq çəki, şəkər, təzyiqdən əziyyət çəkirlər. Bu, qadınların orqanizmi ilə bağlıdır”.

Statistikaya görə də, həm dünyada, həm də ölkəmizdə uşaq və yeniyetmələr arasında piylənmə daha sürətlə yayılır. Dünyada son 30 ildə yetkinlik yaşına çatmış insanlar arasında piylənmə qadınlarda iki dəfədən çox, kişilərdə təxminən üç dəfə, uşaq və yeniyetmələrdə isə dörd dəfə artıb. Ölkəmizdə 2012-ci ildə piylənmədən əziyyət çəkən uşaqların sayı 1176 olsa da, bu göstərici 2022-ci ildə 91 faiz artaraq 2252-yə çatıb. Son statistikaya əsasən, ölkələr üzrə piylənmənin dərəcələrinə görə respublikamız dünyanın 200 ölkəsi arasında kişilər üzrə 100-cü, qadınlar üzrə isə 65-ci yerdədir.

Həkim deyir ki, artıq çəkinin qarşısını almaq üçün sağlam qidalanmaq və hər gün yürüş etmək lazımdır: "Ən vacib nüans yeməyin porsiyasının azlığıdır. Çox yemək insan orqanizmində ciddi fəsadlar yaradır. Avropa ölkələrində porsiyaların miqdarı bizim qədər çox deyil. Yeməkdən alınan enerji sərf olunan enerjidən çox olduqda, bu enerji bədəndə yağ kimi saxlanılır. Bu vəziyyət uzun müddətdə davamlı olaraq meydana gəldiyində bədəndəki yağ miqdarı həddindən artıq artır. Düzdür, heç kimə deyə bilmərik "bozbaşın ölçüsünü 300 milliqram et”. Amma bir dəfəyə çox yemək, ümumiyyətlə, yeməyin miqdarı artıq çəkidə çox rol oynayır. Az yeyib, tez-tez yemək daha faydalıdır, nəinki bir dəfəyə çox yemək. Bununla yanaşı, çox hərəkət etmək, gün ərzində minimum 20-25 dəqiqə gəzmək lazımdır. Bu, həm xolesterini salır, həm təzyiqi düzəldir, həm də ürək xəstəliklərinin qarşısını alır. Uşaqları fast-food, enerji içkiləri, qazlı sulardan uzaq tutmalıyıq. Yeniyetmə dövrü bu xəstəliyin qarşısının alınması üçün çox vacibdir”.

Həkim-diyetoloq Semira Avcı isə deyir ki, ilk altı ay ana südü ilə qidalanmayan uşaqlarda piylənmə probleminə daha tez-tez rast gəlinir: "Araşdırmalar ana südü ilə qidalanmayan uşaqların piylənməyə daha çox meylli olduğunu göstərir”. 

Diyetoloqun sözlərinə görə, piylənmənin müalicəsinin 70-80 faizi valideynin və pasiyentin, 30 faizi həkimin üzərinə düşür: "Valideynlər övladlarının çəkisini nəzarətdə saxlamalıdırlar. Piylənmə istər böyüklərdə, istərsə də uşaqlarda fizioloji problemlərlə yanaşı, psixoloji problemlərə də yol açır. Piylənmə dövrün xəstəliyidir və müalicəsi də mümkündür. Əgər bu problemə dırnaqarası baxılsa, yorğunluq, yuxusuzluq və ən nəhayət xərçəngə də yol açır. Artıq çəki güc və sağlamlıq göstəricisi deyil, ciddi problemdir”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilədək dünya əhalisinin təxminən yarısının artıq çəki və piylənmədən əziyyət çəkəcəyini proqnozlaşdırır.

Mənbə: "Kaspi" qəzeti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Dekabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri