Müasir dövrün dezinformasiya PROBLEMİ: Aqil Ələsgər Vyanada Fransanın yalan xəbərlərindən DANIŞDI
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
“Media və informasiya mühitində dezinformasiya, müasir dövrün ən ciddi problemlərindən biridir. Dünyada sosial media və dijital platformaların geniş yayılması ilə yanaşı, yanlış məlumatların sürətlə yayılması da baş vermişdir. Bu çərçivədə, Fransanın Azərbaycana qarşı yönəlmiş dezinformasiya kampaniyaları xüsusilə diqqət çəkir”.
Yenicag.az xəbər verir ki, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər ATƏT-in “Münaqişə və humanitar böhranlar dövründə medianın rolu” mövzusunda Avstriyanın paytaxtı Vyanada keçirilən konfrans çərçivəsində təşkil olunmuş “Media və informasiya mühitindəki çətinliklər, dezinformasiya” adlı panel müzakirələrində çıxışı zamanı deyib.
ATƏT-in “Münaqişə və humanitar böhranlar dövründə medianın rolu” adlı beynəlxalq konfransında bu günki səhər panelinin mövzusu “Media və informasiya mühitindəki çətinliklər, dezinformasiya” idi.
Onun sözlərinə görə, eyni zamanda, Ermənistandan gələn yalan məlumatlar müharibə dövründə və sonrasında Azərbaycanı çətin vəziyyətə salmaq üçün sistematik istifadə edilir:
“Bu yalanlar münaqişənin tənzimlənməsi prosesini pozmaqla yanaşı, bölgədəki həqiqətləri çarpıdaraq, regional stabilliyə risk yaradır. Sonuç olaraq, dezinformasiyaya qarşı mübarizə, yalnız informasiya mühitinin sağlam olması üçün deyil, həm də milli təhlükəsizlik baxımından əhəmiyyətlidir. Azərbaycanla bağlı düzgün və etibarlı məlumat yayımını təmin etmək bu fenomenlə mübarizə sahəsində atılacaq ilk addım olmalıdır”.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 18 Mart 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















