Icma.az
close
up
RU
Anksiyete müasir dövrün səssiz təhlükəsidir PSİXOLOQ DANIŞDI

Anksiyete müasir dövrün səssiz təhlükəsidir PSİXOLOQ DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Anksiyete uzunmüddətli təşviş halıdır. Bu, təşviş pozuntusunun fonunda formalaşır və beyində sanki daimi “təhlükə var, hazır ol” siqnalını aktiv saxlayan bir mexanizm kimi işləyir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, son illərdə anksiyetenin artmasının tək bir səbəbi yoxdur: "Lakin əsas səbəblərdən biri sosial faktorlardır. Çünki son dövrlərdə cəmiyyətdə çox sürətli dəyişikliklər baş verir, qeyri-müəyyənlik artır. Üstəlik, sosial şəbəkələrdən istifadə genişləndikcə insanlar özlərini başqaları ilə daha çox müqayisə etməyə başlayırlar. “Hamı uğurludur, hamı yaxşı qazanır, hamı gəzir, mən isə bacarmıram” kimi düşüncələr insanda davamlı gərginlik və təlaş yaradır. Sosial şəbəkələrdə “göstərilən həyat” ilə real həyat arasındakı fərq də bu psixoloji təzyiqi daha da artırır.

Təşviş pozuntusunun fonunda beynin “təhlükə var” siqnalı sönmür. Bu siqnalın aktiv qalmasına sosial şəbəkələrdən aldığımız ani xəbərlər, həyatımızda baş verən gözlənilməz dəyişikliklər, ətrafımızda baş verən hadisələrin - hətta sadə bir xəstəlik xəbərinin belə - ardıcıl və fasiləsiz şəkildə qarşımıza çıxması təsir edir. İnsan adaptasiya olmamış, həmin stresorlar yenisi ilə əvəzlənir. Bu isə bədənin gərginlik rejimindən çıxmasına imkan vermir.

Anksiyete fonunda əvvəlcə təşviş atakları, daha sonra panik ataklar yarana bilər. Bu zaman insanlarda təzyiqin qalxması, ürəkdöyünmənin artması, “öləcəyəm” hissi, əl-ayaqda tərləmə, üşütmə və ya bədənin qəfil istiləşməsi kimi əlamətlər meydana çıxır. Yəni anksiyete təkcə psixoloji hal kimi qalmır, sinir sisteminə və hətta immun sisteminə qədər təsir göstərə bilir.

Bu gün anksiyetenin geniş yayılmasını yalnız genetik meyilliliklə izah etmək doğru olmaz. Çünki əvvəlki illərdə də bu tip pozuntular mövcud idi. Sadəcə olaraq, informasiya az idi, maarifləndirmə zəif idi və insanlar bu halları çox vaxt “əsəb”, “ürək” və ya “təzyiq problemi” kimi qəbul edirdilər. Genetik meyillilik rol oynaya bilər, lakin bu, valideyndə panik atak varsa, övladda da mütləq olacaq demək deyil. Burada sosial mühitin, həyat tərzinin və psixoloji yüklənmənin rolu çox böyükdür.

Digər mühüm məqam informasiyanın həddindən artıq artmasıdır. Məsələn, sosial şəbəkələrdə “reels” kimi qısa videolara öyrəşmək, 2–3 saniyədən sonra növbəti videoya keçmək diqqət dağınıqlığını artırır, beyni daimi stimullaşdırır və gərginliyi alovlandıra bilir. Bu zaman insan özü də istəmədən beynə siqnal verir ki, “hər an nəsə ola bilər”, “hər şey təcili və təhlükəlidir”. Beyin bu rejimdən çıxa bilmir və təşviş pozuntusu xronikləşir.

Bu dövrdə insanların psixoloji problemlərlə bağlı daha məlumatlı olması da mühüm amildir. İnsanlar artıq duyğularını adlandıra və ifadə edə bilirlər. Maarifləndirici seminarların, müayinələrin və məlumat axınının artması bu prosesə təsir göstərir. Əvvəllər “əsəb xəstəliyi” adlandırılan bir çox halın əslində təşviş pozuntusu ilə bağlı olduğunu bu gün insanlar daha aydın şəkildə anlayırlar. Lakin sosial mühitin yaratdığı faktorlar - qeyri-müəyyənlik, müqayisə, informasiya seli və sürətli həyat tempi - xroniki narahatlığı daha da artırır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Yanvar 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri