Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Müasir dövrün rəqəmsal mənzərəsi insan beynini... Sən onun yerində olsaydın, nə edərdin?

Müasir dövrün rəqəmsal mənzərəsi insan beynini... Sən onun yerində olsaydın, nə edərdin?

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Gültəkin Cəfərovanın "Ekranlardan kitablara..." yazısını təqdim edir.


Kitab uşaq üçün, sadəcə, məlumat mənbəyi deyil, onun təxəyyülünü genişləndirən, empatiya hissini formalaşdıran və dünyanı dərk etməsinə kömək edən ən güclü vasitədir. Erkən yaşlarda qazanılan mütaliə vərdişi uşağın təkcə söz ehtiyatını zənginləşdirmir, həm də analitik düşünmə bacarığının formalaşmasına yardım edir. Lakin texnologiyanın sürətlə həyatımıza daxil olması bu vərdişin yaranmasına ciddi maneə yaradır.
Müasir dövrün rəqəmsal mənzərəsi insan beynini, xüsusilə də uşaqların inkişaf etməkdə olan neyron sistemini “sürətli həzz” üzərində yenidən proqramlaşdırır. Sosial media platformaları və mobil oyunlar tərəfindən idarə olunan “dopamin tələsi” hər sürüşdürmədə beyinə ani mükafat siqnalı göndərir. Bu mexanizm uşağın diqqət müddətini qısaldır və onu zəhmətsiz əyləncəyə öyrəşdirir. Lakin burada məqsəd texnologiyanı tamamilə inkar etmək deyil, çünki düzgün seçilmiş rəqəmsal resurslar və interaktiv təhsil vəsaitləri uşağın öyrənmə prosesini sürətləndirə bilər. Əsas məsələ ekranın təqdim etdiyi hazır görüntülərlə kitabın tələb etdiyi dərin təfəkkür arasındakı balansı qorumaqdır.

Kitab oxumaq beyindən “yavaş həzz”, gecikmiş məmnuniyyət və iradə tələb edir. Psixoloqlar qeyd edirlər ki, oxu prosesi uşağın beynində vizual təsəvvür yaratmaq qabiliyyətini məşq etdirir. Ekranlar isə hazır şəkillər təqdim etdiyi üçün bu təsəvvürlərin yaranmasının qarşısını alır.
Uşağı bu burulğandan qoparıb kitaba bağlamaq üçün ən effektiv vasitə onun üçün bir “emosional körpü” yaratmaqdır. Uşaq üçün kitabın dəyəri yalnız onun məzmunu ilə deyil, həm də həmin kitabı oxuyarkən yaşadığı mühitlə ölçülür. Burada ən həlledici addım birgə oxu təcrübəsidir. Kitab valideyn və övlad arasındakı ünsiyyət vasitəçisinə çevrildikdə uşaq mütaliəni darıxdırıcı bir tapşırıq kimi deyil, sevgi və diqqətin paylaşıldığı xüsusi bir zaman kimi qəbul edir.
Kitab oxuyarkən yeri gəldikcə fasilə verib uşağa suallar vermək olar. Lakin çalışmaq lazımdır ki, bu suallar uşağı yoxlamaq xarakteri daşımasın, onu çətinliyə salmasın: "Səncə, dovşan indi hara gizləndi?" və ya "Sən onun yerində olsaydın, nə edərdin?". Bu tipli suallar uşağın passiv dinləyicidən aktiv iştirakçıya çevrilməsini təmin edir və kitabla bağlı müsbət emosional yaddaş yaradır.
Bu prosesdə valideynin “rol modeli” statusu hər hansı bir şifahi nəsihətdən qat-qat üstündür. Çünki uşaq psixologiyasında görmək eşitməkdən hər zaman daha təsirlidir. Pedaqoqlar qeyd edirlər ki, uşaqlar “təlimatlandırılan” deyil, “müşahidə edilən” mühitdə daha yaxşı inkişaf edirlər. Əgər valideyn özü rəqəmsal cihazların əsirinə çevrilibsə, uşaqdan kitaba qarşı həvəs gözləmək mənasızdır. Valideynin kitabla keçirdiyi bir saat uşağın beyninə “oxumaq dəyərlidir” mesajını ötürən ən güclü stimuldur. Uşaqlara oxumağı öyrətməzdən öncə onlara kitabla birlikdə xoşbəxt olmağın modeli nümayiş etdirilməlidir.
Kitab oxumaq heç bir halda cəza və ya şərt kimi təqdim olunmamalıdır. “Kitab oxu, sonra oynayarsan”, “Kitabını oxumadan telefona baxmaq olmaz” kimi cümlələrdən istifadə etməklə oxu prosesini əylənmək yolunda bir maneə kimi göstərmiş olarsınız.
Uşağı kitabla dost etmək üçün həm də düzgün mühit lazımdır. İlk növbədə, oxu saatları yaradın. Beyinin rəqəmsal səs-küydən təmizlənməsi üçün günün müəyyən bir vaxtını (məsələn, axşam yeməyindən sonra 30 dəqiqə) “texnologiyasız zona” elan edin. Bu vaxt ərzində nəinki uşaq, valideynlər də telefonlarını kənara qoymalıdır. Ətrafda diqqət çəkən ekranlar olmadıqda beyin, təbii olaraq, kitabdakı hekayəyə fokuslanmağa daha meyilli olur.
Ucadan oxu texnikası da bu vərdişin formalaşmasına yardım edən amillərdəndir. Hətta uşağınız artıq sərbəst oxumağı bacarsa belə, ona siz ucadan kitab oxumağa davam edin. Ucadan oxumaq uşağın söz ehtiyatını artırır və onun oxuma səviyyəsindən daha mürəkkəb mövzuları başa düşməsinə kömək edir.
Uşaq müstəqil oxumağa başlayanda mətni özünün ucadan, səsli oxumasına şərait yaradın; bu həm diqqətin cəmlənməsinə, oxuduğunu rahat qavramasına, həm də nitqin inkişafına birbaşa təsir göstərir. Uşaqlarda mütaliə vərdişinin formalaşması yalnız mexaniki oxu deyil, həm də oxuduğunu qavrama üzərində qurulur. Oxuduğunu anlayan uşaq mətnlə emosional bağ qurur, gözləri qarşısında hadisələri canlandırır, bu isə marağı ehtirasa çevirən ən əsas amildir.
Dopamin asılılığı bir gündə yaranmadığı kimi, mütaliə sevgisi də bir gecədə formalaşmır. Bu yolda valideynin ən güclü silahı səbir və ardıcıllıqdır. Övladınızla birlikdə kitab mağazalarını kəşf etmək, ədəbi mühiti ailənin parçasına çevirmək bu uzunmüddətli prosesin bir hissəsidir.

Unutmayın ki, uşağın fiziki inkişafı qədər, onun intellektual və ruhi sağlamlığı da vacibdir. Ekranların təklif etdiyi rəqəmsal illüziyalar fonunda kitab uşağın həqiqi dünyanı dərk etməsi üçün ən etibarlı kompasdır.

Övladınızla keçirdiyiniz hər “oxu saatı” onun gələcək zehni azadlığına, analitik düşüncəsinə və uğurlu şəxsiyyət kimi formalaşmasına qoyulan ən böyük sərmayədir.

Azərbaycanlı yazıçının əsəri beynəlxalq ədəbi portalda Çağdaş Güney Azərbaycan ədəbiyyatı: Dünəndən bu günə nə dəyişib? Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb - Sərəncam
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 Mart 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri