Icma.az
close
up
RU
Müasir dövrün LİDER portreti!

Müasir dövrün LİDER portreti!

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

İlham Əliyev regionun siyasi-iqtisadi simasını dəyişir: “ehtiyat skamyasından” “əsas heyətə”...

Məqsədimiz sülh, inkişaf və əməkdaşlıqdır - səbrlə, təmkinlə, və ən əsası hər şeyi vaxtında edərək bunlara nail oluruq və olacağıq

XXI əsr üçün spesifik olan ictimai-siyasi fərqləndirmələrdən biri də qlobal inkişaf ünsürlərinin parametrlərinin dəyişməsidir. Belə ki, XX yüzillikdə dövlətin ideoloji-siyasi yönümü (sosialist və ya kapitalist ideologiyaya əsaslanması) onun qlobal atlasdakı yerini müəyənləşdirirdisə, XXI əsrdə bu göstəricilər tam fərqli şəkil alır. Günümüzün get-gedə güclənən qütb savaşları, beynəlxalq hüquqa əsaslanan mövqelərin ikinci plana keçirilməsi fonunda sülh və ədalət uğrunda mübarizə aparmaq bəzən “utopiya” kimi də görünə bilər. Amma ortada reallıq və həqiqət var - Azərbaycanın son 4 ildə ortaya qoyduğu siyasi iradə, siyasi qətiyyət, dəyişən reallıqlar, ortaya çıxan yeni siyasi mənzərə müasir tendensiyaların arasında seçilir, fərqlənir...

Liderlik funksiyası: qlobal fərqli maraqlara milli mənafedən baxış...

Məşhur frazada qeyd edildiyi kimi: istisnalar hər zaman mövcuddur. Bəllidir ki, qütbləşmənin açıq xarakter aldığı və kataklizmlərlə dolu dünyada bütün dövlətlər və ya təşkilatlar tərəfindən qəbul edilmək olduqca çətin bir işdir. Xüsusilə, qrup maraqlarının önə çıxdığı son dövrlərdə beynəlxalq münasibətlər sistemində uğurlu təmsilçilik mümkünsüz hala çevrilib - bəzi hallarda iqtisadi baxışlar, bəzən siyasi situasiya, bəzən ambisioz iddialar, bəzən təhlükəsizlik amili, bəzən isə ikitərəfli münasibətlərdə ortaya çıxan ziddiyyətlər maraqların kəsişməsinə, üst-üstə düşməsinə imkan vermir. Belə bir mənzərədə qlobal oyunçuların lokal maraqlara fokuslanmasının müşahidə olunması təbiidir - əksinə, fərqli coğrafiyalarda özünün konkret inkişaf strategiyasını müəyyənləşdirən dövlətlər isə hədəflərinə multilaterializm prinsiplərinə əsaslanmaqla çatmağı daha məqsədəuyğun sayır.

Məsələn, Azərbaycan dövlətinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ölkəmizin dünya miqyasında siyasi-iqtisadi nüfuzunun gündən-günə artmasında əsaslı şərt kimi çıxış edir. Əldə olunan yüksək iqtisadi göstəricilər, diplomatik uğurlar, regionda formalaşdırılan və təhlükəsizliyə istiqamətlənən yeni siyasi reallıqlar, eyni zamanda, fərqli coğrafiyaların enerji təminatında oynadığı əhəmiyyətli rol Azərbaycana olan qlobal marağın artamasını şərtləndirib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yol yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticari münasibətlər sisteminə mühüm töhfələr vəd edir - burada əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsidir. Beləliklə, ərazi baxımından kiçik olsa da, Azərbaycan dünyada cərəyan edən iqtisadi-ticari proseslərə aktiv müdaxilə imkanı əldə edir. Nəticə isə göz önündədir - bu gün Qərb, Türkiyə, Ərəb-İslam dünyası, Mərkəzi Asiya, Uzaq Şərq, Rusiya, Çin, hətta fərqli qitələrin təmsilçiləri Azərbaycanın apardığı uğurlu siyasətin heyranı, dəstəkçisi, tərəfdaşı kimi çıxış edir.  Beləliklə, Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coğrafiyası genişlənir.

Post-müharibə reallıqları: yeni nizamda yeni inkişaf mərhələsinə doğru...

... Və önə müasir qlobal siyasi tənzimləmələrin ən başlıca amili - lider amili çıxır. Bəli, müasir siyasi münasibətlər sistemi üçün ən vacib amil məhz LİDER amilidir. Bu gün LİDERLƏR öz dövlətinin, regionunun, hətta daha böyük coğrafiyaların inkişaf tendensiyasını müəyyənləşdirir, ona yön verir.

2025-ci ildə qlobal məkanda özünə yeni bir inkişaf düsturu formalaşdıran Cənubi Qafqazın da yeni inkişaf tendensiyasının yaranacağı gözlənilir. Özünün məntiqi nəticəsinə yetişmək üzrə olan bu siyasi-iqtisadi tendensiyanın ideya olaraq “dünyaya gəlişi”, ətrafına regional inkişaf perspektivləri toplaması, etimad qazanması, uğurlu bir gələcək vəd etməsi mühüm bir trayektoriyadır - bu trayektoriyanın bəzən 2018-ci ildən, bəzən isə 2020-ci ilin əvvəlindən formalaşdırıldığı bildirilir. Amma daha geriyə boylansaq, bu yolun təməlinin daha da “uzaq-yaxın keçmişə” söykəndiyini görərik. Prezident İlham Əliyevin Azərbaycana qısa zamanda Cənubi Qafqazın lideri statusunu qazandırması, Mərkəzi Asiya-Cənubi Qafqaz-Kiçik Asiya iqtisadi tranzitini ən real və effektiv ticari yol kimi təqdim etməsi, nəhayət, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri nəticəsində yeni təhlükəsizlik arxitekturası qurması Onun liderlik kefiyyətlərinin yeni təqdimatının ən vacib komponentlərindəndir. Post-müharibə dövrünün reallıqları isə Azərbaycan liderinin ölkəsini yeni nizamda yeni inkişaf mərhələsinə doğru apardığını sübuta yetirir...

Bu günün və sabahın siyasi sabitlik düsturu: SÜLH!!!

Dekabrın 17-də Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsi dünyada diqqətlə izlənilib. Müsahibədə səslənən fikirlər İlham Əliyevin Azərbaycan üçün formalaşdırdığ inkişaf yoluna növbəti dəfə işıq salır. Ölkəmizin qlobal dünyada qazandığı uğurların əsasında çoxtərəfli əməkdaşlığa verdiyi önəmin dayanması həqiqəti, mili maraqlara əsaslanmanın bir dövlət üçün yeganə istinad ünvanı olmasının vacibliyi, siyasi münasibətlərdə şəffaflığın və beynəlxalq hüququn kodekslərinin gözlənilməsinin mütləqliyi, tərəfdaş ölkələrə qarşı münasibətdə səmimi, dost, etimad yaradacaq bir mühitin formalaşdırılmasının əhəmiyyəti Prezident İlham Əliyevin müsahibəsində ən xırda cizgilərinə qədər özünü tamamlayır. Dövlət başçımızın fikirləri bu günün qlobal çəkişmələrinin həllini, sabahın sülh və əmin-amanlıq şəraitinin şərtlərini, gələcəyin birgəyaşayış qaydalarının düsturunu bütün detalları ilə açır. Ermənistan ilə münasibətlərin nizamlanması məsələsinə “Sülh təkcə saziş imzalamaq deyil, bu həm də ictimai konsensusdur” yanaşması sərgiləməklə Prezident İlham Əliyev bütün dünyaya bu kimi problemlərin həlli formulunu təqdim edir: sülh sazişinin davamlı olması üçün ictimai ortaq nöqtə müəyyənləşməlidir.

... Və ya Azərbaycan haqqında danışarkən ölkəmizin fərqləndirilməsini olduqca fenomenal bir ifadə ilə ortaya qoyur: “Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”. Bu da Azərbaycanın dünyaya növbəti təqdimatı - müsahibəni araşdıran bütün qlobal beyin institutlarına növbəti bir mesajdır bu fikir: real situasiyada ən ideal mövqe barışdırıcı rolda çıxış etməkdir. Azərbaycan bunun ən bariz nümunəsidir...

... Və ya Prezident İlham Əliyev qısaca olaraq müasir dünyanın hazırki siyasi portretini çəkir: “İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz”. Azərbaycan bu qlobal gərginlikdə özünün yerini  olduqca uğurla müəyyənləşdirib - milli maraqlar müstəvisində, çoxtərəfli əməkdaşlıq çərçivəsində...

... Nəhayət Prezident İlham Əliyevin 2025-ci il üçün arzusu - “İlk ağlıma gələn, əlbəttə, sülhdür”. Bu fraza dövlət başçımızın praqmatik və sülhpərvər kimliyini bütün dünyaya nümayiş etdirir. Bəli,  məqsədimiz sülh, inkişaf və əməkdaşlıqdır - biz səbrlə, təmkinlə, və ən əsası hər şeyi vaxtında edərək bunlara da nail oluruq və olacağıq...

Pərviz SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Dekabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see682

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see432

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see319

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see219

Bakıda ev qiymətinə telefon nömrələri satışa çıxarılır

13 İyul 2026 05:56see209

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see197

Yalan danışanlar özlərini bu cümlələrlə ələ verir

13 İyul 2026 05:14see194

Elektrikli avtomobillərdə 5 dəqiqəyə enerji doldurma dövrü yaxınlaşır

13 İyul 2026 05:31see192

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see175

Fənərbaxça dan 45 milyonluq transfer

13 İyul 2026 07:06see174

SEPAH: İran ABŞ nin Küveytdəki bir neçə hərbi obyektini məhv edib

13 İyul 2026 07:33see167

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see167

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see161

Dondurma dadında banan

13 İyul 2026 18:44see160

Daha Azərbaycanda heç kəs yalan danışa bilməyəcək

13 İyul 2026 05:15see154

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see154

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see153

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see153

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see147

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri