Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Müasir ədəbiyyatımızın süjet azarı: Erotika və natamam sonluqlar

Müasir ədəbiyyatımızın süjet azarı: Erotika və natamam sonluqlar

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Kamil Əlisoyun "Müasir ədəbiyyatımızın süjet azarı" adlı yazısını təqdim edir.

Son zamanlarda yüksək templə ədəbiyyatımızda yazılan yeni hekayələri oxuyur, təhlil etməyə çalışıram. Burda iki önəmli məqam var: Demək olar ki, hər hekayədə olan erotika, cinsi münasibətlərin “acgöz” təsviri və mənasız adlandırmaq kobud səslənə bilər, türkün sözü, “ne idüğü belirsiz” sonluqlar..
Hekayə yazmaq bəzən yazıçılarımıza çox asan iş kimi gələ bilir. Düzdür, sürətlə yeni hekayələr yazılır və bu, ədəbiyyatımıza töhfədir. Amma nə qədər düzgün təkandır? Orası sual altındadır.

Bir neçə gün öncə Alpay Azərin “Professor və məşuqəsi” hekayəsini oxuyurdum və bu yazını yazmaq ehtiyacı hiss etdim...

Özündən də rəy bölməsində sual olaraq soruşdum ki, Alpay bəy, müasir hekayəmizdə niyə erotik səhnə və təsvirlər bu qədər çoxluq təşkil edir? Əvvəlcə elə zənn etdi ki, sadəcə onun bu hekayəsinə dair yazmışam. Sonradan nə dediyimi başa düşüb cavab verdi:” Elə olanda daha çox maraqla oxunur”.

Açığı, adamı düşündürən məqam burda dəyişir. Belə ki, yazıçının istəyi əsərin çox oxunmasıdır. Əgər o deyirsə ki, belə olanda daha çox oxunur, deməli, belə çıxır ki, problem oxucudadır. Əslində, yazıçı 70/30 nisbətində haqlıdır. Burda bir çox əsaslar ola bilər:

Gənc yazarların tabuları qırmaq istəyi: Bu gün ədəbiyyatımızda gənc yazıçılar daha fəaldır və xüsusən də, adını çəkdiyim məsələ məhz onların yazılarındadır. Ehtimal ki, əsərlərində klassik ənənəyə qarşı çıxır və buna görə də qeyd edilən mövzulara daha çox toxunaraq bir növ etirazlarını bildirirlər.

Cəmiyyətin gizli tərəflərini ifadə ehtiyacı: Əlbəttə ki, əgər belə əsərlər yazılır və həqiqətən də, çox oxunursa, bəlkə də, bu, "gizli sosial sifariş" də ola bilər. Çünki, ənənə hələ də davam edir və yenə də oxunur.

Oxucunun diqqətini tez cəlb etməklə populyarlıq qazanmaq arzusu: Təbiidir ki, hər bir yazıçının istədiyi birinci şey əsərlərin oxunmasıdır. Əgər sürətlə məşhurlaşmaq arzusu varsa, bu üsul ona yaxşı fürsət qazandırır.

Problem bir halda yazıçıdadır və onu 100 faiz haqlı olmaqdan məhrum edir. O da bu “metoddan” istifadə etmədən də oxucunun ürəyinə yol ala bilməkdir.

Gündəlik məişət hadisələrinin sadə üslubda təsviri bir halda yaxşı idi ki, ölkədə ədəbiyyata qandal vurulmuşdu. Söhbət 2 əsr bundan öncədən gedir. Zəif səpkili əsərlər belə olduqca böyük əhəmiyyət daşıyırdı.

Lakin indiki qəziyyədə, hər gün yeni yazılar çıxır və ədəbiyyat bolluq, bərəkət içindədir, sadəliyi qorumaqla, lakin sanballı, düşündürücü süjetlə, hətta lap xırda məsələləri belə oxunaqlı yazmağın mümkünlüyü sübutuyla ədəbiyyatın özündə var.

Əlbəttə, durub yazıçılarımızdan “Qoca və dəniz” tələb etmək olmaz, amma hər halda güclü hekayə gözləmək olar. Çünki ədəbi keçmişimiz buna şərait yaradır.
Bundan əlavə, hekayələrin bütünlüklə yox, sonluqda anlamsız şəkildə bitməsidir. Sonluq sənə heç nə demir. Sanki “Qodo”nu gözləyirmiş kimi elə hey sonluğu darıxaraq gözləyirsən, baxırsan ki, heç nə. Sadəcə cümlə dolu görünsün deyə pafosla yazılmış sözlər. Həssaslığı göstərmək üçün də 3 nöqtə qoyursan, vəssalam.

Hadisələrin qəfil kəsilərək sonlanması və ya hər hansı bir məna yükündən məhrum olması da əsərlərin dəyərini gözdən salır. Xüsusilə, finalın daha canlı və anlamlı bitməsi oxucunu həyəcanlandırır, yazıçı üçün onun qəlbində cığır formalaşdırır.

Burada Cəlil Məmmədquluzadə, Çexov, Akutaqava, Anar, Elçin kimi yazıçıların “məna yüklü” əsərləri də müqayisə üçün istifadə edilə bilər.

Sonluqların natamam olması müasir yazıçının absurdluğu ifadə forması da sayıla bilər. “Həyatın özü kimi əsərlər də natamamdır” fikrini də aşılama istəyi ola bilər, natamamlıq üslubu formalaşdırıla bilər. Hər halda, oxunaqlı olması daha böyük şərtdir, nəinki üslub olması.

Yazıçı ilə, oxucu niyyətlərinin toqquşması da bəzən belə sonluqların yaranmasına səbəbdir. Çünki, bəzi hallarda yazıçı manerası, həqiqətən də, xitab etdiyi kütlə üçün uyğun olmaya, tam anlaşılmaya da bilər.

Qısacası, "yazmaq üçün yazmaq"la hekayə yazmaq arasında uçurum qədər fərq var və bu fərqi anlayanların da əsərləri, hansı janrda olsa, oxunur.

Hər şey yaxşıdır - Alov İnannanın yeni hekayəsi "Anamın xərçəngə tutulduğunu yeni öyrənmişik..." - Şəhriyar del Gerani İngiltərədə sənət əsərinin xaricə satılmasının qarşısını almaq üçün fantastik məbləğ toplandı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 Avqust 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see226

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see219

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see219

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see216

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see184

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see167

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see159

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see159

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see153

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see150

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see149

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see145

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see144

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see138

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri