Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Müasir estradamızın banisinin özəl günü POP DİVAYA HƏSR OLUNUR

Müasir estradamızın banisinin özəl günü POP DİVAYA HƏSR OLUNUR

Shownews saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xalq artisti, Azərbaycanın müasir estradasının banisi Aygün Kazımovanın yaradıcılığının 38-ci ildönümüdür.

Axşam.az xəbər verir ki, səhnəyə gəldiyi gündən Azərbaycanın müasir estradasında yeniliklər edib, canlanma yaradıb. Əbəs yerə ona "İlklər Kraliçası" deyilmir.

Bəzi mənbələrdə Pop kraliçanın peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəldiyi qeyd edilib. Kazımova sənət fəaliyyətinə bundan əvvəl başlayıb. Belə ki, o, hələ 9-cu sinifdə oxuyan zaman "Ozan" qrupunun solisti olaraq səhnəyə çıxıb. 1986-cı ildə Mədəni Maarif Texnikumunda oxuyan Aygün Kazımovanın təhsili müəyyən səbəblərdən yarımçıq qalıb.

O dövrdə Kazımova "Aypara" və "Qaya" vokal instrumental ansambllarının solisti olaraq fəaliyyət göstərib. Müğənni "Aypara" qrupunun solisti olan zaman Aygün Məlik və Alim Qasımovla birlikdə "Rəhm eylə bizə, İlahi" adlı mahnını duet şəklində ifa edib və böyük səs-küyə səbəb olub.

Bundan sonra Pop kraliçanın böyük səhnədəki fəaliyyəti parlayıb. Onun ilk uğuru "Bakı payızı" yarışmasının qalibi seçilməklə başlayıb. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi "Yarım eşitsin məni" mahnısını ifa edib. İlk qrand-prisini məhz bu yarışmada qazanıb. Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən "Bu qız kimdirsə, Xalq artistidir" deyib. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayıb. Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deməsi, Kazımovaya daha da stimul verib. 

1989-cu ildə Latviyada keçirilən "Yurmala-89" mahnı müsabiqəsində iştirak edərək, Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bu sevgi" mahnısını oxuyub. Mahnını muğam ilə sintez edən 18 yaşlı Aygün bütün diqqətləri özündə cəmləşdirməyi bacarıb. 

Aygün 38 illik səhnə fəaliyyətinə müsabiqələrdəki çıxışlarını, qalibiyyətlərini, hit mahnılarını sığdırmaqla yanaşı, vətənpərvər davranışları ilə də imza atıb. 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən 1 ay iştirak edib. 1990-cı ildə Sovet Ordusunun Bakıda törətdiyi "20 Yanvar" faciəsi qurbanlarının xatirəsinə "Şəhidlər" mahnısını oxuyub.

Azərbaycanı təmsil etmək üçün qatıldığı müsabiqələrin isə sayı-hesabı olmayıb. 1992-ci ildə Qazaxıstanda keçirilən "Asiyanın səsi" mahnı müsabiqəsində iştirak etmişdir. 

1996-cı ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Türkvizyon" mahnı müsabiqəsində Azərbaycanı "Ah, Vətən" mahnısı ilə layiqincə təmsil edib vəikinci yerə layiq görülüb. Aygün Kazımova 2016-cı ildə Almaniyanın "DAF BAMA Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. Müğənni bu mükafata layiq görülən ilk azərbaycanlı olub.

2015-ci ildə "Big Apple Music Awards" musiqi mükafatına namizəd olub. Bu böyük uğur idi, amma Aygün Kazımova təşkilatçıların erməni olması səbəbi ilə "Big Apple Music Awards"dan imtina edib.

Pop kraliçanın yaradıcılığı tək mahnılar, müsabiqələrdən ibarət olmayıb. Ölkənin əsas ulduzu həm də özünü aparıcı kimi sınayıb. O, reytinqlərdə birinci olan  "Aygün bu gün" və ATV-də həftəiçi 5 gün yayımlanan "Xeyir ola" əyləncəli musiqili verilişində aparıcılıq edib. 

O, "Qış nağılı" filmində rol alıb. 2005-ci ildə "Məşədi İbad-94" filmində xarakterinə uyğun Sənəm obrazını canlandırıb. Həmin ildə Arif Qaziyevin çəkdiyi "Xarı bülbüllər" filmində yaratdığı Xan qızı Natəvan obrazıyla aktrisa kimi, bəstələdiyi "Sevərsənmi", "Bir gün" mahnıları ilə bəstəkar kimi də özünü sınayıb. Onun bəstələdiyi mahnıların sayı isə getdikcə artıb. 

2002-ci ildə "Best Model of the World" model yarışmasının prezidenti, türkiyəli iş adamı Erkan Özərmanın seçimi ilə "Best Model of Azerbaijan – 2002" müsabiqəsinə təşkilatçılıq edən Diva aylarla müzakirələrə səbəb olub. Möhtəşəm keçən yarışmadan sonra Pop kraliça türk mediasında tanınmağa başlayıb. O, türk mediasında Azərbaycanın Ajda Pekkanı və "Azeri Diva" ləqəbi ilə təqdim edilib.

İlk solo konsertini 1996-cı ildə Gəncə şəhərində verib. Bu tədbirdən Aygün cəmi 1 manat qazandığını hər zaman etiraf edib. Bundan sonra fəaliyyəti dövründə saysız-hesabsız solo konsertlər verən ölkənin əsas ulduzu hər dəfə yeniliklərə imza atıb. Konsertlərində göstərdiyi şoular illərlə digər sənət adamları tərəfindən təkrarlanıb. 2017-ci ilin sentyabrın 22-də Aygün Kazımova səhnə fəaliyyətinin 30 illiyi münasibətilə "Aygün Kazımova — 30 il" proqramı ilə Kristal Zalında səhnəyə çıxıb. Pop kraliçanın orada göstərdiyi şou illərdir gündəmdən düşmür. "Crystal Hall"da ilk konsert verən azərbaycanlı müğənni məhz Aygün Kazımova olub. Bugünə qədər də zalda solo konsert verən azərbaycanlı ifaçı olmayıb.

Azərbaycan estradasında daha bir yeniliyə imza atan Kazımova dünya ulduzu Snup Doqla "Coffee from Colombia" duetini oxuyub. Bu layihə üçün evini satan Ulduz bir ilk edib. Onun bu addımı hələ də gündəmdən düşmür. Belə ki, bu günlərdə Ermənistanda konsert verməli olan Snupun çıxışı təxirə salınıb. O, ölkədən 6 milyon dollar qonorar alsa da, konsertə getməyib. Ermənistan hökuməti qonorarı geri ala və ya onu ölkəyə gətirməyi bacarmayıb. Bundan sonra "Ermənistan hökumətinin bacarmadığı Aygün Kazımova bacardı" başlıqlı yazılar yayılıb. Kazımova Rusiyanın Xalq artisti Filipp Kirkorovla da oxuduğu duetlə adından söz etdirməyi bacarıb. 

Aygün Kazımova illərdir gündəmdən düşməyən əsərlər oxuyub. Onun oxuduğu ilk lirik mahnı "İtkin gəlin" hələ də sevilir və dinlənilir. Kazımovanın repertuarında olan "Nigaranam", "S.U.S", "Gecə keçir", "Sənsizliyim", "Depresyondayım", "Şəklimi çək", "Tez gəl" və bunlar kimi yüzlərlə mahnı hər zaman gündəmdə qalıb. 

Şou-biznesdə bütün yeniliklər məhz Kazımovanın adı ilə bağlıdır. İstər oxuduğu mahnıların tərzi, istər göstərdiyi şouları, istər geyimləri ilə hər zaman bir ilkə imza atıb. Kazımova son bir neçə ildi yaradıcılığında yeni mərhələyə imza atıb. Görünüşünü tamamilə dəyişən Pop kraliça oxuduğu mahnılara da yeni tərz qatıb. "Nirvana" albomu ilə yaradıcılığının yeni mərhələsinə başlayan Kazımova "Qorxuram" hitini təqdim edib. 18 milyon baxış toplayan mahnı hələ də dijital platformalarda ilk sıralarda yer alır. 

Bunun ardınca Kazımova "Vəfasızlar" klipini təqdim edib və qısa zamanda yutubda izlənmə sayı 13 milyona yüksəlib. Sükut çökmüş şou-biznesdə daha bir dirçəlmənin təməlini qoyan Diva bir-birinin ardınca "Parol", "Bilmək olmaz", "Sağ-salamat" kimi hitlər oxuyub. Hər bir mahnısının klipi üçün Kazımova ya Türkiyəyə, ya da Rusiyaya üz tutub. Və Pop kraliça sonuncu təqdim etdiyi "S.O.S" mahnısı ilə böyük səs-küyə səbəb olub. Qısa zamanda hitə çevrilən mahnı balacadan böyüyə hər kəsin dilində əzbər olub. Təkcə Azərbaycanda yox, "S.O.S" bir çox xarici ölkədə də tanınıb və sevilib. Əcnəbi blogerlər yutubda çarxlar hazırlayaraq mahnını müzakirə ediblər. Kazımova bu çıxışları ilə şou-biznesdə bir çoxlarına stimul verib. Ondan sonra bəzi müğənnilər həmin tərzdə mahnılar yazdırıb, fotosessiyalar etdirib. 

Müasir estradanın banisi isə bunun onun yaradıcılığında bir pik olmadığını deyib. O, hər açıqlamarında fəth etdiyi zirvənin onu qane etmədiyini, daha da maraqlı işlər ərsəyə gətirərək, böyük zirvələrə doğru addımladığını vurğulayıb. Kazımovanın son günlər qatıldığı hər bir tədbir də böyük marağa səbəb olub. O, təkcə şou-biznesdə yox, toy səhnəsində də yeniliklərə imza atıb. Toy məclislərini konsert konseptinə salan Kazımova ilk dəfə rəqqaslarla səhnəyə çıxaraq, bir-birindən maraqlı şoular təqdim edib. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://shownews.az
archiveBu xəbər 18 Noyabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see363

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see317

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see283

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see259

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see256

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see247

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see236

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see230

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see228

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see226

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see210

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see209

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see206

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see203

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see202

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see201

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see198

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see197

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see187

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri