Icma.az
close
up
RU
Füzulidə müasir şəhər modeli tətbiq olunur

Füzulidə müasir şəhər modeli tətbiq olunur

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanın Qarabağ bölgəsində həyatın yenidən canlanması, doğma torpaqlarımızın dirçəldilməsi, dağıdılmış şəhər və kəndlərimizin bərpası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli dirçəlişin ən böyük simvollarından biridir. İşğaldan azad olunmuş Füzuli şəhərinin bərpası və yenidən qurulması bu prosesin önündə gedən nümunəvi layihələrdəndir. Bu möhtəşəm yenidənqurma işlərində qardaş ölkələrin, xüsusilə də Qazaxıstan Respublikasının dəstəyi xüsusi minnətdarlıqla qeyd olunmalıdır.

Füzuli şəhəri bu gün təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının qürur mənbəyinə çevrilib. Qardaş Qazaxıstanın bu qədim Azərbaycan torpağında məktəbin inşası kimi nəcib təşəbbüsü xalqlarımız arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin bariz təzahürüdür. Bu addım təkcə bir təhsil ocağının yaradılması deyil, eyni zamanda mənəvi körpüdür – iki xalq arasında dostluq, qarşılıqlı hörmət və birliyə xidmət edən tarixi bir simvoldur. Azərbaycan və Qazaxıstan münasibətləri ümummilli lider Heydər Əliyevin və Qazaxıstanın görkəmli dövlət başçısı Nursultan Nazarbayevin müəyyənləşdirdiyi strateji əməkdaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanır. Bu gün həmin ənənə
Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirilir. Hər iki liderin siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir, Türk dünyasında birliyin möhkəmlənməsinə real töhfələr verilir. Füzuli şəhərində Qazaxıstanın dəstəyi ilə həyata keçirilən sosial layihələr, təhsil və mədəniyyət infrastrukturunun bərpası təkcə humanitar yardım deyil, həm də ümumtürk həmrəyliyinin təntənəsidir. Bu təşəbbüslər bir daha göstərir ki, Türk dövlətləri ailəsinin üzvləri təkcə beynəlxalq platformalarda deyil, həm də həyati məsələlərdə – dağıdılmış şəhərlərin dirçəldilməsində, insanların doğma yurdlarına dönüşündə bir-birinin yanında dayanır.
Bu gün Füzuli şəhəri müasir memarlıq üslubunda inşa edilən, ağıllı texnologiyalara əsaslanan, yaşıl enerji prinsiplərinə söykənən yeni bir mərkəzə çevrilməkdədir. Burada ucaldılan hər bina, salınan hər küçə azadlığımızın, suverenliyimizin və xalqlarımız arasındakı qardaşlığın simvoludur. Qazaxıstan xalqının bu müqəddəs işdə iştirak etməsi isə Füzulinin taleyində silinməz iz buraxır. Füzuli şəhəri günü təkcə bir coğrafi məkanın bayramı deyil bu, həm də yenidən doğulan Azərbaycan ruhunun, Türk birliyinin və mədəni həmrəyliyin bayramıdır.

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri