Icma.az
close
up
RU
Müasir Fransanın reallığı xarici siyasətdəki səriştəsizlik ŞƏRH

Müasir Fransanın reallığı xarici siyasətdəki səriştəsizlik ŞƏRH

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

İl təzəcə başlasa da, Fransa prezidenti Emmanuel Makron artıq populyarlığının qalan hissəsini də itirib və bu göstərici 21 %-lik kritik həddə düşüb. "Sarı jiletlilər"in kütləvi etiraz hərəkatı dövründə də fransızların ona verdiyi qiymət 20 % səviyyəsində olmuşdu. Lakin Fransa küçələrində iğtişaşlar olmasa da, yollar bağlanmasa da, Makronun reytinqi demək olar ki, antirekorda çatıb. Yalnız Fransanın azadlıqsevər əhalisi üçün nadir hal olmayan növbəti etiraz dalğası zamanı nə baş verəcəyini təxmin etmək qalır.

Fransanın daxili siyasətinin ən aşağı səviyyədə olduğunun düşünüldüyü bir vaxtda xarici siyasətdəki böhran da özünü göstərmyə başlayıb.

Son illərdə Fransanın keçmiş müstəmləkələri, o cümlədən Əlcəzairlə münasibətlərinin heç də yaxşı olmadığı sirr deyil. "Dualemn" ləqəbi ilə tanınan bloger Naaman Buale ilə bağlı qalmaqal vəziyyəti daha da gərginləşdirdi.

Bloger "Fransa ərazisində zorakı hərəkətlərə çağırış" ittihamı ilə həbs edilib. Miqrasiya orqanları onu Əlcəzairə deportasiya etmək qərarına gəlsə də, vətəni onu qəbul etməkdən imtina edərək ölkəyə girişinin qadağan edildiyini bildirib. Buna görə də bloger Fransaya geri qaytarılıb.

Fransa keçmiş müstəmləkəsinin bu addımına isterika və açıq təhdidlərlə reaksiya verib. Belə ki, respublikanın daxili işlər naziri Əlcəzairin hərəkətlərində "Fransanı alçaltmaq" cəhdi görüb və bunun "təcavüz aktı" olduğunu bəyan edib. O, həmçinin bildirib ki, əgər Əlcəzair belə siyasət yürütməyə davam edərsə, Fransa "cavab tədbirləri" görməli olacaq.

Bu bəyanatlar istər-istəməz belə bir fikir yaradır ki, Fransa Əlcəzairin suveren siyasət yürütməsinə açıq-aşkar mane olur, çünki müstəqil dövlətin qanunvericiliyinə riayət edilməsini necə "təcavüz aktı" kimi qəbul oluna biləcəyi aydın deyil.

Belə təəssürat yaranır ki, Paris keçmiş müstəmləkələrin müstəqil siyasətinin istənilən təzahürünü təcavüz kimi qəbul edir. Fransanın bu cür xarici siyasəti çox səciyyəvidir. Xüsusilə blogerin də özünün etiraf etdiyi kimi, o, narkotik asılılığına qarşı dərmanların təsiri altında olub.

Bu cür reaksiya əvvəllər də olub – fransızdilli Afrika ölkələri Parislə hərbi əməkdaşlığı pozanda Makron da onlara hücum edərək, terrorla mübarizədə göstərilən köməyə görə Fransa ordusuna "minnətdarlıq" tələb edirdi.

Lakin Parisin keçmiş müstəmləkələrin müstəqil siyasət yürütmək cəhdlərinə isterik reaksiyası bu günə qədər Fransanın müstəmləkə zülmündən əziyyət çəkən Afrika ölkələrinin öz faktiki müstəqilliklərinə doğru irəliləməsinə mane olmur.

Buna misal olaraq, Fransa öz qoşunlarını qitənin növbəti ölkəsindən, bu dəfə münasibətləri korlamağı bacardığı Çaddan çıxarmağa məcbur olub.

Afrika ölkələri öz ərazilərində Fransa qoşunlarının yerləşdirilməsindən kütləvi şəkildə imtina edir. Fransa hərbçiləri dəfələrlə həddindən artıq güc tətbiq etməkdə ittiham olunublar ki, bu da müxtəlif Afrika ölkələrində mülki əhali arasında tələfata səbəb olub. Onlar həmçinin işgəncələrdə, zorakılıq və özbaşına həbslərdə ittiham olunublar. Fransa hökumətinin bəzi etirafları və üzrxahlıqlarına baxmayaraq, bu hadisələrin bir çoxu lazımi şəkildə araşdırılmayıb və ya günahkarlar cəzalandırılmayıb.

Paris növbəti dəfə "öz gözündə tiri görməyərək" keçmiş müstəmləkələrin uzaqlaşmasına və onunla iş görmək istəməməsinə təəccüblənir və qəzəblənir. Makron və onun nazirlərinin əsəbi reaksiyası göstərir ki, onlar çox güman ki, öz xarici siyasətlərinin iflasa uğradığını dərk edir və keçmiş müttəfiqlərinin ümumi demarşını dayandırmaq cəhdlərində özlərini daha aqressiv aparırlar. Lakin bu, onları Fransadan daha da uzaqlaşdırır.

Böyük dövlətlərdən hansısa birinin psixoaktiv preparatlar qəbul edən blogerə görə keçmiş müstəmləkəsi ilə diplomatik qalmaqal yaratmasını təsəvvür etmək qeyri-mümkün idi, lakin müasir Fransa siyasətinin reallığı belədir.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Yanvar 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri