Icma.az
close
up
RU
Müasir İncəsənət Muzeyində Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi açılıb FOTOLAR

Müasir İncəsənət Muzeyində Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi açılıb FOTOLAR

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Müasir İncəsənət Muzeyində Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi açılıb. Ekspozisiyada rəssamın son illərdə astrologiya və digər mövzularda yaratdığı təqribən 40 tablo təqdim edilib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Mif” sərgisi Nərmin Sadıqovanın yaradıcılığında yeni səhifə açıb. Təqdim olunan tablolarda toxunulan mövzularla yanaşı, yeni istiqamətin olduğu görünür. Sərgi astrologiya ilə bədii yaradıcılıq arasında dərin bağları tədqiq etməyə çalışan incəsənət həvəskarlarına unikal təcrübə təklif edir.

Nərmin Sadıqova özünün bədii yanaşma tərzi ilə kətan üzərində 12 bürcün işarələrinin unikal cəhətlərini – onların mifoloji mənasını, planetlərin təsirini və simvolikanı təsvir edib.

Rəssam bu silsilə əsərlərdə seçilmiş kompozisiya quruluşundan, rəng palitrasından və digər ifadə vasitələrindən istifadə etməklə, hər bir bürcün fərdi xüsusiyyətlərini əyani şəkildə canlandırır, onların bədii obrazını yaradır. Bu əsərlərin astroloji biliklərlə dəstəklənən kompozisiyaları insana kosmosla daha dərin bağları hiss etməyə imkan verir. Çünki hər bir element bütün sistemin simvolik təcəssümünü və onun qarşılıqlı əlaqələrini təmsil edir.

Nərmin Sadıqovanın yaradıcılıq üslubu müasir estetik cərəyanları əks etdirir, orijinallığı və eksperimental xarakteri ilə ənənəvi formalardan fərqlənir. Onun əsərləri təkcə bədii-estetik dəyərlə deyil, həm də dərin fəlsəfi məzmunla zəngin olduğundan, rəssam öz layihələrində həmişə özünəməxsus üslubu ilə diqqəti cəlb edir. Nərmin Sadıqovanın portret, landşaft, natürmort və digər istiqamətlərdə yaratdığı tablolar tamaşaçılara ətraf aləmə yeni baxış bucağı təqdim edir, düşüncə və emosional qavrayışa təkan verir.

Nərmin Sadıqova uzun illərdir ki, yaradıcılıqla məşğuldur və Azərbaycanın müasir incəsənət mühitinin tanınmış simalarından biridir. O, müntəzəm olaraq müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edir.

2012-ci ildə onun ilk fərdi xeyriyyə sərgisi “Four Seasons Hotel”də baş tutub. O, 2013-cü ildə “Bakının işıqları” rəsm müsabiqəsinin qalibi olub. 2014-cü ildə “Gallery-1969” rəssamın “Səs” adlı fərdi sərgisini keçirib. 2016-cı ildə rəssam Milli İncəsənət Muzeyində keçirilən sərgidə iştirak edib. 2017-ci ildə “Gallery-1969” onun “Momentous” adlı ikinci fərdi sərgisini təşkil edib.

Onu da qeyd edək ki, Nərmin Sadıqova digər azərbaycanlı sənətçilərlə birlikdə Azərbaycanı xaricdə - İtaliya, ABŞ, Latviya, BƏƏ, Türkiyədə təmsil edib. O, 2019-cu ildə Luvrda (Paris) “Carrousel” sərgisinə qatılıb. Elə həmin il Müasir İncəsənət Muzeyində onun “Meraki” adlı fərdi sərgisi keçirilib.

Bundan əlavə, Nərmin Sadıqova Heydər Əliyev Fondu və YARAT Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi müxtəlif layihələrdə fəal iştirak edir.

Qeyd edək ki, “Mif” rəssamın sayca beşinci fərdi sərgisidir.

Sərgi 2025-ci il aprelin 11-dək davam edəcək.

Müasir İncəsənət Muzeyində Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi açılıb - FOTOLAR

Müasir İncəsənət Muzeyində Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi açılıb - FOTOLAR

Müasir İncəsənət Muzeyində Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi açılıb - FOTOLAR

Müasir İncəsənət Muzeyində Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi açılıb - FOTOLAR

Şəkil sayı: 4

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Aprel 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri