Icma.az
close
up
RU
Azərbaycan Müasir İncəsənət Muzeyində “Pink planet” adlı fərdi sərgi açılıb

Azərbaycan Müasir İncəsənət Muzeyində “Pink planet” adlı fərdi sərgi açılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Müasir İncəsənət Muzeyində tanınmış multimedialı rəssam Vüsalə Ağarazıyevanın “Pink planet” adlı fərdi sərgisi açılıb.

Sərginin açılışından əvvəl AZƏRTAC-a açıqlama verən rəssam qeyd edib ki, bu layihənin bir hissəsi ilk dəfə 2024-cü ildə 60-cı Venesiya Biennalesində, Azərbaycanın pavilyonu çərçivəsində nümayiş olunub.

Onun sözlərinə görə, sərgidə layihənin tam və genişləndirilmiş versiyası təqdim edilir. “Layihədə Biennalenin əsas mövzusu olan “Yadlar hər yerdə” ideyasına istinad olunaraq, yadlıq hissini coğrafi və mədəni sərhədlərdən kənara çıxarıb, daha çox insanın daxili dünyası ilə bağlı bir hal kimi olduğu göstərilib. “Pink planet” insanın bəzən özünə belə yad gəldiyi daxili landşaftdır. Layihə rəsm, instalyasiya, musiqi, mətn, video-animasiya və interaktiv oyun elementlərinin sintezi üzərində qurulub. Hər bir komponent layihənin əsas ideyası olan təxəyyül və onun insan həyatındakı rolu ətrafında birləşir”,- deyə rəssam əlavə edib.

Sərginin kuratoru Nigar Rzayeva sərginin məqsədindən söhbət açıb: “Bizim məqsədimiz sadəcə vizual effekt yaratmaq deyil, tamaşaçının düşünməsi və hiss etməsi üçün şərait formalaşdırmaq idi. Vüsalə Ağarazıyeva dürüst və dərin təfəkkürlü yaradıcılığı ilə diqqəti saxlamağı bacaran sənətkardır. O, təxəyyülü bir qaçış vasitəsi kimi deyil, yaşamın ayrılmaz hissəsi kimi təqdim edir. Bu sərgi bizə xatırladır ki, təxəyyül yalnız arzulamaq üçün deyil, ən çətin anlarda belə güvənəcəyimiz bir dayaqdır”.

Müasir incəsənətin müxtəlif formalarının sintezinin yer aldığı sərgi 1 ay davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 May 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri