Icma.az
close
up
RU
Müasir müstəqil Azərbaycanın qurucusu...

Müasir müstəqil Azərbaycanın qurucusu...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əvəzolunmaz rol oynamış müdrik şəxsiyyətdir. Onun zəngin siyasi irsi ölkəmizin inkişafı, xalqımızın parlaq gələcəyi üçün möhkəm təməl rolunu oynamışdır.

Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş, beləliklə ölkəmiz tarixi inkişaf mərhələsinə qədəm qoymuşdur. 1970-1980-ci illər ərzində Dahi Liderin rəhbərliyi ilə Azərbaycan SSR-də hərtərəfli inkişaf strategiyası həyata keçirilmişdir. Həmin dövrdə ölkəmizdə neft-kimya, maşınqayırma, yüngül və yeyinti sənayesi sahələrində yeni müəssisələr yaradılmışdır. Kənd təsərrüfatında texniki yeniliklərin tətbiqi, meliorasiya və irriqasiya sistemlərinin genişləndirilməsi məhsuldarlığın artmasına səbəb olmuş, həmçinin ölkəmizin bütün bölgələrində yaşayış məntəqələrinin infrastruktur təminatı yaxşılaşdırılmışdır.

Elm və təhsil sahəsində mühüm islahatlar həyata keçirilmiş, Azərbaycan alimlərinin SSRİ miqyasında tanınması üçün şərait yaradılmış, ali və orta ixtisas təhsili sistemində milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir. O dövrdə minlərlə gənc ittifaqın nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə etmiş, respublikanın intellektual potensialı gücləndirilmişdir.

Mədəniyyət və incəsənət sahəsində də yüksəliş müşahidə olunmuş, milli irsin qorunması və təbliği istiqamətində sistemli işlər görülmüşdür. Totalitar rejimin ideoloji qadağalarına rəğmən Ulu Öndər Heydər Əliyev milli kimliyimizin əsas elementlərini qorumuş, Azərbaycan dilinin statusunun möhkəmlənməsi, tarixi şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi, milli-mənəvi dəyərlərimizin inkişafı üçün vacib qərarlar qəbul etmişdir. Bu amillər Ümummilli Liderin həmin illərdə milli maraqları üstün tutaraq Azərbaycanın hüquqlarını SSRİ səviyyəsində böyük cəsarət və əzmlə müdafiə etdiyini bir daha sübut edir.

1990-cı illərin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyi bərpa olunsa da, ölkəmizdə dərin siyasi böhran hökm sürür, idarəetmədə xaos, iqtisadi tənəzzül və sosial gərginlik getdikcə dərinləşirdi. Ölkəmizin bölgələrində separatizm meyilləri güclənmiş, dövlət institutları iflic vəziyyətinə düşmüş, anarxiya təhlükəli həddə çatmışdı.

Belə bir taleyüklü məqamda - 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi. Ölkəmizin siyasi həyatında dönüş nöqtəsinə çevrilən bu mühüm addım qısa müddətdə geniş ictimai dəstək qazanaraq xalqın ümummilli maraqlar uğrunda birləşməsinə zəmin yaratdı. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən “Dövlətə sədaqət, xalqa xidmət” prinsiplərini fəaliyyətinin əsas istiqamətləri kimi müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və milli mənafeyə əsaslanan ideoloji xətti partiyanın cəmiyyət tərəfindən yüksək etimad qazanmasına səbəb oldu. Müxtəlif regionlardan olan ziyalılar, ictimai-siyasi xadimlər və sadə vətəndaşlar YAP-ın ətrafında birləşərək ölkənin parlaq gələcəyinin təmin olunmasında fəal iştirak etməyə başladılar.

Xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdi. Ümummilli Liderin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində məhz bu dövrdən etibarən Azərbaycanda ictimai-siyasi sabitlik təmin olundu, ölkəmizin suverenliyi və ərazi bütövlüyü qorundu, dövlət institutları bərpa edildi, müstəqilliyin davamlı və dayanıqlı təməli formalaşdırıldı.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi kontekstində atəşkəs sazişi imzalanmışdır. Ulu Öndər dövlət müstəqilliyin möhkəmləndirilməsi yolunda güclü ordu quruculuğunu əsas prioritetlərdən biri kimi müəyyənləşdirmişdir. Onun rəhbərliyi ilə Silahlı Qüvvələrin vahid komandanlıq altında birləşdirilməsi və müasir tələblərə cavab verən milli ordu modelinin yaradılması istiqamətində qətiyyətli addımlar atılmışdır. Peşəkar zabit heyətinin hazırlanması, hərbi təhsil sisteminin təşkili və texniki təchizatın yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

1994-cü il sentyabr ayının 20-də Bakıda transmilli şirkətlərlə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması regionda, eləcə də dünyada qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Həmin müqavilə zəngin enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasını təmin etməklə ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi, xarici sərmayələrin cəlb olunmasına və yeni iş yerlərinin yaradılmasına geniş imkanlar açdı.

Ulu Öndər Heydər Əliyevin enerji strategiyası çərçivəsində həyata keçirilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri layihələri Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə vermişdir. Ölkəmiz regionda enerji təhlükəsizliyinin təmin olunmasında əsas aktorlardan birinə çevrilərək dünya iqtisadiyyatında strateji rol oynamışdır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi sahəsində gördüyü böyük işlərin bariz nümunəsidir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində müstəqil Azərbaycan güclü dövlət institutları və hüquqi-demokratik prinsiplərə əsaslanan sabit bir dövlətə çevrildi.

Dahi Liderin milli maraqlara əsaslanan xarici siyasət strategiyası ölkəmizin qlobal arenada nüfuz qazanmasına və etibarlı tərəfdaş kimi tanınmasına şərait yaratmışdır. Bu siyasət nəticəsində Azərbaycan dünya birliyinə uğurla inteqrasiya edərək öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Ulu Öndərin rəhbərliyi ilə ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etmiş, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan diplomatik əlaqələr qurulmuşdur. Azərbaycan beynəlxalq arenada sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli töhfələr sayəsində etibarlı tərəfdaş və sabitlik amili kimi qəbul olunmuşdur. Həmçinin, Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən regional əməkdaşlıq siyasəti nəticəsində Azərbaycan, Gürcüstan, Rusiya, İran və Türkiyə ilə mehriban qonşuluq və qarşılıqlı faydalı əlaqələr inkişaf etmişdir.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyası nəticəsində Azərbaycan dünya siyasətinin fəal subyektinə çevrilmiş, beynəlxalq arenada layiqli mövqe tutmuşdur. Dahi Liderin siyasi kursunu uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfərə imza ataraq torpaqlarımızı işğaldan azad etmişdir. Ölkəmiz Heydər Əliyev ideyalarına söykənərək sürətlə inkişaf edir, regional güc mərkəzi kimi dünyada gedən ictimai-siyasi proseslərdə önəmli rol oynayır.

Gündüz Bayramov,

YAP Samux rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 May 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri