Icma.az
close
up
RU
Müasir müstəqil Azərbaycanın memarına böyük ehtiram

Müasir müstəqil Azərbaycanın memarına böyük ehtiram

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur. Ulu Öndərin nurlu xatirəsi Bakıda, respublikamızın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, eləcə də xarici ölkələrdə dərin ehtiramla anılır.

AZƏRTAC xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq müxtəlif idarə və müəssisələrin, təhsil ocaqlarının kollektivləri, hərbçilər, Qarabağ müharibəsinin veteranları, paytaxt sakinləri Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Məzar və abidə önünə təzə-tər güllər düzülür, əklillər qoyulur. Dahi şəxsiyyətin Vətən və xalq qarşısında misilsiz xidmətləri bir daha minnətdarlıq duyğuları ilə xatırlanır.

Müasir tariximizin bütöv bir dövrü Ulu Öndərin adı ilə bağlıdır. O, bütün ömrünü canından çox sevdiyi Azərbaycanın inkişafına həsr edib. Heydər Əliyev həyatda olmasa da, mənən xalqı ilə birlikdədir. Onun zəngin irsi, əbədiyaşar ideyaları yollarımızı işıqlandırır. Qarabağın azadlığa qovuşması, dövlət suverenliyimizin tam bərpası əsası Ulu Öndər tərəfindən qoyulmuş inkişaf strategiyasının məntiqi nəticəsidir.

Xalqımız Azərbaycanın qüdrətli, dünyada sayılıb-seçilən, qalib ölkəyə çevrilməsinə görə özünü Heydər Əliyevə borclu sanır. Fəxri xiyabanda yaşanan izdiham da Azərbaycan xalqının öz böyük oğluna vəfa borcunun ifadəsidir.

Ulu Öndərin müdrik siyasi kursunun nəticəsi olaraq ölkəmizdə tolerantlıq ənənələri də dirçəlib, yeni məna və məzmunla zənginləşib. Təsadüfi deyil ki, Fəxri xiyabanı ziyarət etməyə gələnlər arasında müxtəlif millətlərin və dini konfessiyaların çoxsaylı nümayəndələrini də görmək olur.

Fəxri xiyabandakı izdiham bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qəlblərdə daim yaşayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see408

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see260

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see249

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see247

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see246

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see235

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see230

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see225

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see224

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see218

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see216

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see213

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see206

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see205

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see205

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see202

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see200

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see191

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see190

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri