Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Müasir qatarlar bölgələrdə Gəncə, Mingəçevir və Ağstafanı birləşdirən reys açılır

Müasir qatarlar bölgələrdə Gəncə, Mingəçevir və Ağstafanı birləşdirən reys açılır

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır.

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində – 28 sentyabr 2025-ci il tarixindən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək.

Qatarın xidmətə başlamasından əvvəl bölgəyə mediatur təşkil olunub. Marşrutdan ilk istifadə edənlər arasında Milli Məclisin həmin regionlardan olan deputatları - Aydın Mirzəzadə, Müşfiq Cəfərov və Naqif Həmzəyev, eləcə də jurnalistlər var.

Modern.az deputatlarla həmsöhbət olub.

Mingəçevirin deputatı Aydın Mirzəzadə bildirib ki, təmsil etdiyi şəhərə və yaxın rayonlara qatar marşrutlarının açılması çox mühüm hadisədir:

“Bu gün regionlarımız sürətlə inkişaf edir. Yeni iş yerləri açılır,  biznesə ciddi maraq var, regionlara investisyalar yatırılır. Eyni zamanda insanlarımızın yaşadıqları yerdən paytaxta və digər regionlara səfərləri artıq intensiv xarakter daşıyır. Bu baxımdan Mingəçevirə və yaxın rayonlara qatar marşrutlarının açılması çox mühüm hadisədir. Birincisi, qatarda gediş haqqı digər nəqliyyat vasitələri ilə müqayisədə nisbətən ucuzdur. Sürət həddi də çoxalıb. Bu gün maraqlandım getdiyimiz qatarın sürəti saatda 137 kilometrdir. Bu avtomobil sürətinə bərabərdir. Həmçinin bu tək sərnişin yox, yük daşımasıdır. Yük daşınmasında maya dəyərinin aşağı salınması, təbii ki, biznesmenləri böyük həvəslə regionlara investisya qoymağa dəvət edir”.

Parlamentari qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin dəmir yolu xəttinin inkişafı ilə bağlı gördüyü fəaliyyət diqqət cəlbedəndir:

“Bu həm də cənab Prezidentin onların qarşısına qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsidir. Müasir qatarlar alınır, dəmir yolu xətti yenilənir, eyni zamanda qatarların təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük işlər aparılır”. Hesab edirəm ki, Azərbaycanın ümumi inkişafında dəmir yolu xətti sisteminin inkişafı nəzərəçarpandır. Onlara bu işlərində uğurlar arzulayıram və daim yenilikləri tətbiq etməyə, nəqliyyat sistemində daha müasir tələblərə cavab verməsi istiqamətində yeni nailiyyətlərini gözləyirik”.

A. Mirzəzadə vurğulayıb ki, dəmir yolu həm beynəlxalq inteqrasiyamızın, həm də regionlaarası əlaqələrin intensivləşməsindəöz böyük töhfəsini verir:

“Regionlararası inteqrasiyada dəmir yollarının əhəmiyyətli rolu var. Çünki dəmir yolu ilə daşınma digər nəqliyyatlara nisbətən ucuz başa gəlir. Sürət də kifayət qədər yüksəkdir.  İşğaldan azad edilmiş ərazilərdə dəmir yolu xətti sistemi bərpa edilir. Digər regionlara da  dəmir yolu xətti varsa bərpa edilir, yoxdursa, yenisi çəkilir. Eyni zamanda cənab Prezident dünən BMT tribunasından çıxışında da qeyd etdi ki, Azərbaycan bəlkə də, Şimal-Cənub, Şərq-Qərb marşrutlarının keçdiyi yeganə ölkədir. Burada dəmir yolunun çox böyük rolu var. Dəmir yolu həm beynəlxalq inteqrasiyamızın, eyni zamanda regionlarası əlaqələrin intensivləşməsində öz böyük töhfəsini verir”.

Gəncənin deputat Müşfiq Cəfərov qeyd edib ki, Bakıdan Gəncəyə ADY ilə səfərlər başlayandan hər zaman gediş-gəlişdə avtomobildən yox, qatardan yararlanmağa çalışır:

“İndi isə, Bakıyla əlaqəsi olmayan Gəncə-Mingəçevir-Ağstafa qatarının açılışına gedirik. Bu, insanlara qonşu bölgədə çalışmaq imkanı yaradır. Məsələn, Gəncədə yaşayan vətəndaş rahatlıqla qatardan istifadə etməklə iş üçün tez-tez və az məbləğ ödəyərək Mingəçevirə gedə bilər və həmçinin əksinə.  Qatarla səfərlər avtomobillə müqayisədə təhlükəsizlik baxımından daha da əlverişlidir. Müqayisə etdikdə bunun fərqinə varırıq. Qatarlar həmçinin fəsillərə uyğun komfortuna görə də əlverişlidir. Qatar infrastrukturu ilə bağlı son 7-8 ildə ciddi dəyişikliklər görürük. Bu layihənin turizm baxımından da potensialı böyükdür. Qatarlarda 3 dildə xidmət göstərilir. Bu da turistlərin ölkəmizdə rahat hərəkəti üçün münbit şərait yaradır”.

Parlamentari söyləyib ki, sentyabrın 28-dən start götürəcək MDB oyunları zamanı rayonlararası qatar səfərlərinin rolu böyük olacaq:

“Bölgələrarası qatarların təşkili ilə bundan sonra beynəlxalq səviyyəli tədbirlərin bölgələrdə keçirilməsi daha çox gündəmdə olacaq”.

Gəncəni təmsil edən deputat Naqif Həmzəyev dəmir yollarının inkişaf etməsinə sevindiklərini deyib:

“Xüsusilə məhz müasir qatarların reysdə olması bizi sevindirir. Bilirsiniz ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəri və tarixi paytaxtıdır. Gəncə Qazaxdan Yevlaxa qədər bölgənin əsas aparıcı şəhəri hesab olunur. Gəncə Qarabağ bölgəsinə də yaxındır.

Mingəçevir-Gəncə-Ağstafa reysinin işə düşməsi həmin ərazidə yaşayan insanlar arasında bir rahatlıq yaratmış olacaq. Mingəçevir turistik baxımdan çox zəngin şəhərdir. Bizim Gəncə camaatı da çox vaxt istirahət üçün Mingəçevirə gedirlər.  Gəncədən Ağstafa istiqamətinə gedən və ya Mingəçevir, eləcə də Ağstafadan Gəncəyə gələn sakinlərimiz də var. Ticarət üçün, hansısa ehtiyacları qarşılaya bilmək məqsədi ilə yaxın bölgələrdən az qala hər kəs Gəncəyə gəlir. Bu reysin gündə iki dəfə işə düşməsi həm müəyyən problemləri aradan qaldıracaq, həm də rahatlıqdır. Eyni zamanda qiymətlər də olduqca münasibdir. Avtomobildənsə, qatarla gəlib-getmək həm rahatdır, həm də təhlükəsizdir. İnanıram ki, regionlararası qatar reyslərinin sayı artırılsa yaxşı olacaq. Ehtimal olunur ki, yaxın zamanda Gəncədən Ağdama, Xankəndiyə, hətta Lənkərana qədər qatarla gedə biləcəyik”.

N. Həmzəyev onu da qeyd edib ki, bu tələbələr üçün də faydalı olacaq:

“Gəncədə 3 böyük universitet var. Burada çoxlu sayda tələbə təhsil alır. Onların və ailələrinin digər şəhərlərə gedib-gəlməsi üçün bu cür qatarlara ehtiyac var. Xüsusilə də paytaxtdan asılılığı da bir növ aradan qaldırmaq lazımdır. Bu qatar reysləri olacağı təqdirdə hətta bəzi gənc kadrlar öz yaşadıqları şəhər və rayonda qalmağa davam edəcək, böyük şəhərlərdə işləyib, axşam evlərinə qayıdacaqlar. Əksər Avropa ölkələrinə baxsaq, görərik ki, vəziyyət dediyimiz kimidir. Bahalı şəhərlərdə kirayə haqqı çox baha olduğu üçün orada yaşamırlar, amma ətraf rayonlardan iş üçün iri şəhərlərə gəlib-qayıdırlar. Çünki qatar intensiv çalışır. Düşünürəm ki,  bizim aidiyyəti qurumlar, “Azərbaycan Dəmir Yolları” məhz elə bunları ölçüb-biçir. Yaxın 5 ildə gənclərimiz üçün bu, əla fürsətə çevriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see195

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see186

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see153

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri