Icma.az
close
up
RU
Gəncə Mingəçevir və Mingəçevir Ağstafa qatarlarına bilet qiymətləri açıqlandı

Gəncə Mingəçevir və Mingəçevir Ağstafa qatarlarına bilet qiymətləri açıqlandı

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Gəncə-Mingəçevir-Ağstafa marşrutunun istifadəyə verilməsi Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ADY sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır: “Söhbət Gəncə-Mingəçevir-Ağstafa marşrutundan gedir. Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində - 28 sentyabr 2025-ci il tarixindən etibarən müasir elektrik qatarları ilə Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək”. 

O qeyd edib ki, sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə biləcəklər: “Qatarlarda standart, standart+ biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Gəncə-Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 manat, Mingəçevir-Ağstafa istiqamətində isə 6,80 manat təşkil edəcək. Sərnişinlər səfər zamanı ödənişsiz “Wi-Fi” xidmətindən də yararlana biləcəklər”.

B.Hacıyev vurğulayıb ki, Gəncə-Mingəçevir-Ağstafa marşrutunun istifadəyə verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir: “Gəncə-Mingəçevir-Ağstafa marşrutunun açılması bu istiqamətlərdə səfər edən, Mingəçevir və Gəncə şəhərləri, Tovuz və Ağstafa rayonları, Goran, Dəllər və Qovlar qəsəbələrində yaşayan insanlar üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə, eyni zamanda Mingəçevir əhalisinin də daha rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə xidmət edəcək.

Ümumilikdə yeni marşrutun açılması qeyd edilən bölgələrin sosial-iqtisadi inkişafına, eləcə də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, paytaxt və regionların tarazlı inkişafına dəstək verəcək, o cümlədən Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq”.

Gülnar Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see488

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see216

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see202

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see163

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see133

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see132

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see132

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see130

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see129

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see128

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see126

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126

“Aynadaki yabancı” da uğursuz oldu

09 Noyabr 2025 14:17see124

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see123

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see120

Xabi Alonso: “Rayo Valyekano” yaxşı formadadır, bizi çətin oyun gözləyir”

09 Noyabr 2025 05:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri