Icma.az
close
up
RU
Müasir risklər və uşaq hüquqlarının qorunması ŞƏRH

Müasir risklər və uşaq hüquqlarının qorunması ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 fevral, AZƏRTAC

Son dövrlərdə uşaqlar arasında baş verən və cəmiyyətdə ciddi narahatlıq doğuran hadisələr uşaq hüquqlarının qorunması məsələsinə yanaşmanın yenidən nəzərdən keçirilməsini zəruri edir. Bu insidentlər təsadüfi xarakter daşımır, daha çox dəyişən dünyanın, xüsusilə də rəqəmsal mühitin uşaqların psixologiyasına, davranışına və təhlükəsizliyinə artan təsirinin nəticəsi kimi qiymətləndirilməlidir. Reallıq onu göstərir ki, uşaq hüquqlarının müdafiəsi artıq yalnız sosial məsələ deyil, dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu baxımdan Milli Məclisdə müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir. Hazırda qüvvədə olan 1998-ci il tarixli qanun uzun illər ərzində uşaq hüquqlarının qorunması üçün mühüm hüquqi baza rolunu oynasa da, müasir sosial çağırışlar, BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələri, eləcə də rəqəmsal təhlükələrin artması fonunda artıq tam adekvat hesab edilə bilməz.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, yeni qanun layihəsi deklarativ yanaşmadan imtina edərək sistemli, icraedici və uşaq mərkəzli hüquqi mexanizmlər formalaşdırmağı hədəfləyir: “Layihənin əsas üstünlüklərindən biri onun vahid və kompleks struktura malik olmasıdır. Sənəd 8 fəsil və 63 maddədən ibarət olmaqla uşaq siyasətinin məqsədlərindən başlayaraq dövlət nəzarətinə qədər bütün mərhələləri əhatə edir. Qanunda əsas anlayışlar, o cümlədən zorakılıq və cəza tədbirlərinin formaları hüquqi baxımdan dəqiq müəyyənləşdirilir ki, bu da tətbiq prosesində subyektiv yanaşmaların qarşısını almağa imkan verir. Xüsusilə “uşağın üstün mənafeləri” prinsipinin konkret hüquqi meyarlar əsasında təsbit olunması qərar qəbul edən qurumlar üçün uşağın maraqlarını əsas götürən vahid yanaşma formalaşdırır. Qanun layihəsinin beynəlxalq standartlara uyğunlaşdırılması da diqqətçəkən məqamlardandır. Layihə BMT-nin Uşaq Hüquqları Konvensiyasının tələblərinə uyğun hazırlanıb, monitorinq və hesabatlılıq mexanizmləri gücləndirilib. Çətin həyat şəraitində olan uşaqlarla bağlı yerli komissiyalara operativ müdaxilə, ilkin qiymətləndirmə və təxirəsalınmaz tədbirlər görmək səlahiyyətinin verilməsi uşaqların vaxtında qorunması baxımından praktik əhəmiyyət daşıyır. Bununla yanaşı, mülki, cinayət və inzibati icraatlar zamanı uşağın subyekt kimi tanınması, onun fikrinin öyrənilməsi, psixoloqun iştirakı və konfidensiallığın təmin edilməsi hüquqi dövlət prinsiplərinə uyğun humanist yanaşmanı gücləndirir. Bununla belə, müasir dövrdə uşaq hüquqlarına yönələn əsas risklərdən biri rəqəmsal məkanda formalaşır. Kiberbullinq, onlayn istismar, ekran asılılığı və zərərli informasiyanın təsiri uşaqların psixoloji sağlamlığına və sosial davranışına ciddi mənfi təsirlər göstərir”.

Mehriban Vəliyeva qeyd edib ki, sosial şəbəkələr və virtual platformalar valideyn və məktəbin nəzarət imkanlarını getdikcə zəiflədir, uşaqları manipulyativ və destruktiv təsirlərə daha açıq hala gətirir: “Bir sıra ölkələrdə bu təhlükələrə qarşı hüquqi məhdudiyyətlər və qadağalar tətbiq olunur. Azərbaycanda kibercinayətkarlıqla mübarizə və rəqəmsallaşma ilə bağlı qanunvericilik formalaşsa da, uşaq hüquqları kontekstində rəqəmsal təhlükələrin daha əhatəli hüquqi tənzimlənməsinə ehtiyac qalır. Ekspert yanaşmaları göstərir ki, kiberbullinq, onlayn istismar və rəqəmsal asılılıq anlayışlarının qanunda ayrıca və dəqiq təsbit edilməsi, uşaqların şəxsi məlumatlarının sosial platformalarda yayılmasına qarşı daha sərt hüquqi mexanizmlərin yaradılması, zəruri hallarda bəzi oyun və platformalara yaş məhdudiyyəti və ya qadağa mexanizmlərinin tətbiqi məqsədəuyğun olardı. Bu məsələlərin geniş ictimai müzakirəyə çıxarılması və müvafiq dövlət qurumlarının iştirakı ilə ictimai dinləmələrin keçirilməsi daha balanslı və əsaslandırılmış qərarların qəbuluna imkan verə bilər. Qanun layihəsində əlilliyi olan uşaqların hüquqları nəzərə alınsa da, bu sahədə yalnız fiziki əlçatanlıqla kifayətlənməyib sosial inteqrasiya, psixoloji dəstək və cəmiyyətə adaptasiya mexanizmlərinin daha aydın şəkildə göstərilməsi vacibdir. İnklüzivliyin real hüquqi məzmun kəsb etməsi üçün ayrıca monitorinq və davamlı dəstək mexanizmlərinin yaradılması uşaq siyasətinin effektivliyini artıra bilər. Eyni zamanda, yerli komissiyalara geniş səlahiyyətlərin verilməsi fonunda regionlarda uşaq psixoloqları və sosial işçilərin çatışmazlığı problemi diqqətdən kənarda qalmamalıdır. Sosial işçi institutunun hüquqi statusunun gücləndirilməsi və onların ixtisaslaşmış hazırlığının qanunvericilikdə ayrıca təsbit edilməsi praktiki icranın əsas şərtlərindən biridir. Ümumilikdə, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi müasir çağırışlara cavab verən, daha sistemli və icraedici hüquqi yanaşma ortaya qoyur. Bununla yanaşı, rəqəmsal təhlükələr, inklüzivlik və insan resursları ilə bağlı təkliflərin nəzərə alınması bu sənədin real təsir gücünü daha da artıra bilər. Dəyişən dünya şəraitində uşaqların hüquqlarının etibarlı qorunması yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən ortaq məsuliyyətdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Fevral 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri