Icma.az
close
up
RU
Müasir texnologiyalar insan hüquqlarının qorunmasını balanslaşdıracaq

Müasir texnologiyalar insan hüquqlarının qorunmasını balanslaşdıracaq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, bir neçə gündür ki, Bakı şəhəri Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində VI Plenar İclasına evsahibliyi edir.

Ümumilikdə, 300-dən çox nümayəndənin iştirak etdyi Bakı məclisində Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə keçirilən plenar iclasın dünənki sessiyası ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik” ili elan olunması çərçivəsində “Konstitusion və insan hüquqlarını qorumaqla korrupsiyaya qarşı hüquq mühafizə fəaliyyətində texnoloji imkanların səmərəli istifadəsi” mövzusuna həsr olunub.

ADA Universitetinin hüquq fakültəsinin dekanı Rəşad İbadovun rəhbərliyi ilə keçirilən sessiyada Baş Prokurorluğun təmsilçisi Tuqay Rəhimli “Konstitusiya və insan hüquqlarının pozulma risklərinin qarşısını almaqda texnoloji vasitələrin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Milli Aviasiya Akademiyasının eksperti Murad Orucov, Papua Yeni Qvineya və Uqandanın nümayəndələri də mövzü ilə bağlı öz mülahizələrini bildiriblər.

Sonra hüquq-mühafizə orqanlarının fəaliyyətində texnoloji yeniliklərin, o cümlədən süni intellekt texnologiyalarının tətbiqi müzakirə edilib. Bildirilib ki, bu texnologiyaların tətbiqi ilə çoxsaylı üstünlüklər əldə etmək mümkün olsa da, bu zaman insan hüquqlarının pozulması riski də yüksəkdir. Müzakirə iştirakçıları vurğulayıblar ki, konstitusiyalar insan hüquqlarının əsas təminatçısı olmaqla korrupsiyaya qarşı mübarizə sahəsində texnologiyaların tətbiqi ilə insan hüquqlarının qorunmasını balanslaşdırmağa imkan yaradır.

Sessiyada süni intellekt və data analizi da daxil olmaqla, qabaqcıl texnologiyaların hüquq-mühafizə orqanlarının fəaliyyətində tətbiqinin artan önəmindən danışılarkən qeyd edilib ki, korrupsiya cinayətləri törədən şəxslərin istifadə etdiyi sxem və mexanizmlər təkmilləşdikcə onlarla mübarizəni effektiv aparmaq üçün bu texnologiyalardan istifadə olunmalıdır. Əks halda, korrupsiyaya qarşı mübarizə aparan dövlət orqanları bu cinayətləri törədənlərə münasibətdə hazırlıqsız olacaqlar.

Müzakirələrdə Konstitusiyanın ali hüquqi sənəd olaraq qanunun aliliyini təmin etdiyi vurğulanmaqla, bu sənəddə təsbit edilmiş şəxsi həyatın toxunulmazlığı və ədalətli məhkəmə araşdırması hüquqları, ifadə azadlığı və ayrı-seçkiliyin qadağan olunması müddəalarının insan hüquqlarına olan istənilən müdaxilələr üçün meyarlar müəyyən etməklə sui-istifadələrin qarşısını alması və insanlara texnoloji yeniliklərdən istifadə edilməklə tətbiq edilən müdaxilələrə qarşı öz hüquqlarını müdafiə etmək və müdaxilələri məhkəmə qaydasında mübahisələmdirmək imkanı yaratması qeyd olunub.

***

Bakı platforması çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun digər bir təşəbbüsü ilə “Hüquqi şəxslərin xeyrinə vəzifəli şəxslər tərəfindən törədilmiş ekoloji cinayətlərin qarşısının alınması və istintaqı” mövzusunda plenar müzakirələr keçirilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin sədrliyi ilə müzakirələrdə BMT-nin təşkilatçıları, xarici ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində mütəxəssisləri, Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də elmi-tədqiqat institutlarının əməkdaşları da daxil olmaqla, ümumilikdə, 50-yə yaxın adam iştirak edib.

Elnur Musayev iştirakçılara 2020–2025-ci illər ərzində Azərbaycan Respublikası Prokurorluğunun ölkənin digər hüquq-mühafizə orqanları ilə birlikdə gördüyü işlərin nəticələri barədə məlumat verərək bildirib ki, ekoloji sahədə ixtisaslaşdırılmış qurum olaraq cinayət təqibindən kənar icraatlar idarəsi 602 cinayət işi başlayıb. 16 milyon manata yaxın vurulmuş ziyanın ödənilməsi təmin edilib, 229 inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə 160 təqdimat verilib, belə hallardan çəkindirmək məqsədilə 55 rəsmi xəbərdarlıq verilib.

İdarə rəisi daha sonra bildirib ki, ətraf mühitin mühafizəsi sahəsində ildən-ilə qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaşların sayıqlığının artırılması, hüquq-mühafizə orqanlarının və bu sahədə ixtisaslaşmış qurumların əlaqələndirilmiş fəaliyyəti nəticəsində səmərəli mübarizə aparılır və ictimaiyyət bu barədə daim məlumatlandırılır. O qeyd edib ki, bu qəbildən olan hüquqpozmaların qarşısının alınması sahəsində məsul qurumların, o cümlədən qanunla nəzarət və monitorinqin həyata keçirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində də qüsurlar mövcuddur. Bu isə ətraf mühit əleyhinə olan cinayətlərin korrupsiya xarakterli olmasından xəbər verir.

Müzakirələr belə qənaətlə sonuclanıb ki, insanların və digər canlıların həyatı üçün ciddi təhlükə törədən bu cinayətlər beynəlxalq miqyasda korrupsiya və transmilli cinayətlər kimi dəyərləndirilməli, bu sahədə əməkdaşlıq gücləndirilməlidir. Qabaqcıl ölkələrin təcrübəsinə əsasən, hər bir ölkə miqyasında ekoloji pozuntulara və cinayətlərə qarşı mübarizə vahid strategiya şəklində həyata keçirilməli, iştirakçılar müəyyən edilərək onların səmərəli əməkdaşlıq mexanizmləri formalaşdırılmalıdır.

Mütəxəssislər onu da qeyd ediblər ki, qabaqlayıcı təsisatlar, təhqiqat, istintaq və maliyyə kəşfiyyatı ilə bağlı daimi fəaliyyət göstərən əlaqələndirmə qurumları qabaqcıl ölkələrin ən yaxşı nəticələrini göstərən nümunələr beynəlxalq miqyasda öyrənilməlidir.

Toplantıda ətraf mühitin qorunmasının sosial cavabdehliyin təməlində durması da xüsusi vurğulanaraq, əhalinin və vətəndaş cəmiyyətinin bu sahədə biliklərinin artırılmasının vacibliyi qeyd edilib.

İ.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see341

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see245

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see241

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see215

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see206

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see200

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see165

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see155

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see155

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see140

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see138

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see131

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri