Icma.az
close
up
RU
Müasir şəhərsalma siyasətində Azərbaycan modeli ŞƏRH

Müasir şəhərsalma siyasətində Azərbaycan modeli ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Müasir dövrdə şəhərsalma binaların və yolların inşası ilə məhdudlaşmayan, dövlətlərin iqtisadi gücünü, sosial rifahını, milli təhlükəsizliyini və mədəni kimliyini müəyyən edən mühüm strateji istiqamətlərdən birinə çevrilmişdir. XXI əsrin sürətlə urbanizasiya olunan dünyasında şəhərlərin dayanıqlı inkişafı, ekoloji tarazlığın qorunması, insan yönümlü infrastrukturun yaradılması və tarixi-mədəni irsin mühafizəsi qlobal gündəliyin əsas prioritetləri sırasındadır. Belə bir dövrdə BMT-nin Məskunlaşma Proqramı çərçivəsində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda, xüsusilə Bakı şəhərində təşkil olunması ölkəmizin beynəlxalq nüfuzunun, artan siyasi çəkisinin və şəhərsalma sahəsində qazandığı uğurların mühüm göstəricisi kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyevin Forumun açılış mərasimində etdiyi geniş və məzmunlu çıxış müasir urbanizasiya prosesinə dair mühüm strateji baxış idi. Dövlət başçısının çıxışında qədim irslə müasirliyin uzlaşdırılması, dayanıqlı inkişafın təmin olunması, postmünaqişə dövründə yenidənqurma siyasəti və insan amilinin prioritetliyi kimi vacib məsələlər xüsusi yer tuturdu. Prezident İlham Əliyevin nitqi göstərdi ki, Azərbaycan şəhərsalmanı dövlətçilik ideologiyasının, milli inkişaf modelinin və sosial rifah siyasətinin mühüm tərkib hissəsi kimi qəbul edir. Forumun Bakıda keçirilməsi ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının nəticəsi idi. Son illərdə ölkəmiz mühüm beynəlxalq tədbirlərin keçirildiyi etibarlı platformaya çevrilmişdir. COP29 kimi qlobal əhəmiyyətli tədbirdən sonra Ümumdünya Şəhərsalma Forumunun da Azərbaycana həvalə olunması dünya birliyinin ölkəmizə olan yüksək etimadının göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi Forumun miqyasını və əhəmiyyətini açıq şəkildə nümayiş etdirirdi.

Azərbaycan tarixən Şərqlə Qərbin qovuşduğu mühüm sivilizasiya mərkəzi olmuşdur. Bu xüsusiyyət ölkəmizin memarlığında və şəhərsalma ənənələrində də aydın şəkildə öz əksini tapır. Bakı şəhəri bu vəhdətin ən parlaq nümunəsidir. Bir tərəfdə minillik tarixə malik İçərişəhər, digər tərəfdə isə müasir memarlıq üslubunda inşa edilmiş urbanistik layihələr Azərbaycanın qədimliklə yeniliyi uğurla birləşdirdiyini göstərir. Bakının qədim qala divarlarından bir addımlıq məsafədə müasir şəhər infrastrukturu yerləşir və bu harmoniya şəhərsalma siyasətimizin əsas fəlsəfəsini təşkil edir.

Dövlət başçısının çıxışında Bakı Bulvarının genişləndirilməsi xüsusi diqqət çəkirdi. Vaxtilə üç kilometrlik sahəni əhatə edən bulvarın bu gün 15 kilometrlik böyük dənizkənarı istirahət məkanına çevrilməsi şəhərin planlı inkişafının və strateji yanaşmanın nəticəsidir. Eyni zamanda XIX əsr Avropa memarlıq üslubunda tikilmiş binaların qorunması Azərbaycanın tarixi irsə həssas münasibətini nümayiş etdirir. Forum çərçivəsində Prezident İlham Əliyevin “Şəhərsalma və Memarlıq İli”nin elan olunması barədə fikirləri də xüsusi əhəmiyyət daşıyırdı. Bu qərar Azərbaycanda şəhərsalma məsələlərinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu göstərir. Şəhərlərin inkişafı, ekoloji təhlükəsizliyin təmin olunması, müasir nəqliyyat sistemlərinin qurulması, ictimai məkanların genişləndirilməsi və yaşıl zonaların artırılması dövlətin strateji hədəfləri sırasında yer alır. Azərbaycanın qədim şəhərləri və tarixi memarlıq nümunələri Prezident İlham Əliyevin çıxışında mühüm yer tuturdu. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ, Lahıc və Şuşa kimi şəhərlərin tarixindən danışan dövlət başçısı Azərbaycanın zəngin mədəni irsə malik olduğunu xüsusi vurğulayırdı.

Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesi xüsusi yer tuturdu. Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycan şəhərlərinin tamamilə dağıdıldığı beynəlxalq auditoriyanın diqqətinə çatdırıldı. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması işğalın miqyasını və törədilmiş vandalizmi açıq şəkildə nümayiş etdirirdi. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa işləri ilə yanaşı, eyni zamanda, müasir və dayanıqlı şəhərsalma modelini formalaşdırır. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən layihələr müasir urbanizasiya prinsiplərinə əsaslanır. Yeni şəhər və kəndlərin Baş planlarının hazırlanması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji zonalarının yaradılması Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelindən xəbər verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, cəmi beş il ərzində onlarla tunelin, yüzlərlə körpünün, beynəlxalq hava limanlarının, məktəblərin, xəstəxanaların və digər mühüm infrastruktur obyektlərinin tikilməsi Azərbaycanın iqtisadi potensialını və təşkilati imkanlarını nümayiş etdirir.

Şəhərsalma prosesində ekoloji məsələlər də Prezident İlham Əliyevin çıxışında mühüm yer tuturdu. Bakı şəhərinin uzun illər neft hasilatı səbəbindən ciddi ekoloji problemlərlə üzləşdiyini bildirən dövlət başçısı son illərdə həyata keçirilən layihələrin ətraf mühitin qorunmasına xidmət etdiyini vurğulayırdı. Vaxtilə ağır sənaye tullantıları ilə çirklənmiş Qara şəhərin bu gün müasir Ağ şəhərə çevrilməsi urbanistik transformasiyanın ən uğurlu nümunələrindən biridir. Şəhərsalmanın memarlıq və iqtisadi inkişaf məsələsi olmadığını, həm də insan rahatlığı və sosial rifah amili ilə bağlı olduğunu xüsusi qeyd edildi. Son 20 ildə Bakıda yüzdən artıq parkın və ictimai məkanın salınması insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Müasir ictimai nəqliyyat sistemi, elektrik avtobusları, metro şəbəkəsinin genişləndirilməsi və mikromobillik imkanlarının artırılması paytaxtın dayanıqlı inkişaf modelinə keçidini göstərir.

Forum çərçivəsində Prezident İlham Əliyevin Formula 1 yarışını şəhərsalma ilə müqayisə etməsi olduqca maraqlı siyasi-fəlsəfi yanaşma idi. Dövlət başçısı bildirdi ki, liderlər sürətli inkişafla tarixi irsin qorunması arasında düzgün balans qurmalıdırlar. Necə ki, Formula 1 pilotları yüksək sürətlə hərəkət etdikdən sonra dar küçələrdə ehtiyatla idarəetmə həyata keçirirlər, dövlət rəhbərləri də modernləşmə ilə milli-mədəni irsin qorunması arasında tarazlığı təmin etməlidirlər.

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq humanitar və intellektual mərkəz kimi rolunu daha da gücləndirdi. Forum müxtəlif ölkələrdən gəlmiş ekspertlərin, memarların, urbanistlərin və siyasətçilərin təcrübə mübadiləsi aparması üçün mühüm platforma oldu. Azərbaycanın burada təqdim etdiyi inkişaf modeli postmünaqişə dövründə şəhərsalma və yenidənqurma sahəsində beynəlxalq nümunə kimi qiymətləndirilə bilər. Azərbaycanın şəhərsalma siyasətində milli kimlik və mədəni irsin qorunması xüsusi yer tutur. Dövlət başçısının vurğuladığı kimi, xalqımız musiqisi, poeziyası və memarlıq irsi ilə fəxr edir. Tarixi abidələrin bərpası, qədim şəhərlərin qorunması və milli memarlıq ənənələrinin yaşadılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Forumun keçirilməsi Azərbaycanın yumşaq güc siyasətinin də mühüm elementidir. Ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi etməklə özünün tolerantlıq, multikulturalizm və sivilizasiyalararası dialoq məkanı olduğunu bir daha nümayiş etdirir. Bakı enerji və iqtisadiyyat mərkəzi olmaqla bərabər beynəlxalq diplomatiyanın, humanitar əməkdaşlığın və qlobal ideya mübadiləsinin vacib platformasına çevrilmişdir. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan şəhərsalma siyasətində bu günü deyil, gələcək nəsilləri də düşünür. Tarixi irsin qorunması, yaşıl enerji layihələrinin genişləndirilməsi, insan yönümlü şəhər konsepsiyalarının tətbiqi və sosial rifahın yüksəldilməsi gələcək inkişaf strategiyasının əsas istiqamətləridir.

Beləliklə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun, urbanizasiya sahəsində qazandığı uğurların və dövlətimizin strateji baxışının mühüm göstəricisinə çevrildi. Prezident İlham Əliyevin çıxışı isə müasir şəhərsalma ideyasının, milli inkişaf modelinin və Azərbaycanın gələcək inkişaf strategiyasının dolğun ifadəsi kimi tarixə düşdü. Bu Forum bir daha sübut etdi ki, Azərbaycan dünyanın mühüm şəhərsalma və inkişaf mərkəzlərindən birinə çevrilməkdədir.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 May 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri