Icma.az
close
up
RU
Dayanıqlı inkişaf, müasir şəhərsalma modeli

Dayanıqlı inkişaf, müasir şəhərsalma modeli

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycanın davamlı şəkildə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi güclü və qüdrətli, etibarlı və nüfuzlu dövlətimizin mövcudluğunun əyani sübutdur. Əlbəttə ki, ölkəmiz son illərdə dayanıqlı inkişaf, müasir şəhərsalma və ekoloji yanaşmaların tətbiqi sahəsində mühüm addımlar ataraq beynəlxalq səviyyədə diqqət mərkəzinə çevrilib. Ölkədə həyata keçirilən innovativ infrastruktur layihələri və “yaşıl inkişaf” strategiyası şəhərlərin daha müasir və dayanıqlı formada inkişafına şərait yaradır. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın qlobal şəhərsalma proseslərində fəal iştirakını nümayiş etdirən əhəmiyyətli platforma hesab olunur. Forum eyni zamanda ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirən və xarici tərəfdaşlarla yeni əlaqələrin qurulmasına töhfə verən mühüm tədbir kimi qiymətləndirilir.
Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.
Ölkə başçısı çıxışı zamanı bildirib ki, bu gün qlobal miqyaslı bir forumun Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsinə, şəhərlərin davamlı inkişafına, insanların həyat keyfiyyətinin yüksəldilməsinə və onların daha komfortlu yaşayış şəraiti ilə təmin olunmasına verdiyi önəmin bariz ifadəsidir. Onun sözlərinə görə, ölkə həm paytaxt Bakı, həm də digər qədim şəhərləri ilə zəngin memarlıq irsinə malikdir və bu irs Azərbaycanın şəhər kimliyinin mühüm hissəsini təşkil edir.
Dövlət başçısı vurğulayıb ki, xüsusilə müasir şəhərlərin inkişafında mövcud çağırışlar düzgün dəyərləndirilməli, həm cəsarətli qərarlar qəbul edilməli, həm də tarixi və mədəni irsə həssas yanaşma nümayiş etdirilməlidir. O qeyd edib ki, şəhərsalma prosesi sürətli inkişaf tələb etsə də, bu inkişaf düşünülmüş və balanslı şəkildə aparılmalıdır.
Azərbaycan hər zaman beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edərək təşkilatçılıq bacarığını və qlobal platformalarda etibarlı tərəfdaş olduğunu nümayiş etdirmişdir. Bu gün ölkəmizdə keçirilən belə mötəbər forumlar Azərbaycanın artan nüfuzunun və beynəlxalq əməkdaşlığa verdiyi töhfənin bariz göstəricisidir.
Qeyd etmək lazımdır ki, bu cür iri miqyaslı layihələrin və qlobal tədbirlərin Azərbaycanda ardıcıl şəkildə həyata keçirilməsi məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü və uğurlu siyasətin nəticəsidir. Ölkənin sabit inkişafı, beynəlxalq arenada qazandığı etimad və güclü diplomatik mövqeyi bu nailiyyətlərin əsasını təşkil edir.
Aynur Quliyeva
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 May 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri