Icma.az
close
up
RU
Müasir statistikanın aktual məsələləri

Müasir statistikanın aktual məsələləri

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bildiyiniz kimi, BMT-nin Statistika Komissiyasının qərarı ilə bu il oktyabrın

20-də “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında Ümumdünya Statistika Günü qeyd ediləcək. 

Bu  əlamətdar gün ərəfəsində baş tutan Forum statistika cəmiyyətinin bir araya gələrək gələcəyə yönələn önəmli təşəbbüslər irəli sürdüyü, qarşılıqlı bilik və təcrübə mübadiləsi aparıldığı məhsuldarmüzakirələrlə yadda qalmışdır. 24-26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu və Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 73-cü iclası keçirilmişdir.

Avropa, Asiya, Amerika və Afrika qitələrini təmsil edən 16 ölkənin və 10 beynəlxalq təşkilatın nümayəndə heyətləri, tanınmış elmi ictimaiyyət xadimləri və ekspertlərin qatıldıqları Forumun açılış sessiyasından sonra müasir statistikanın aktual məsələləri müzakirə olunmuşdur.

Forumda “Statistik islahatlar və inkişaf perspektivləri”, “Statistikanı dəyişdirən innovasiyalar” və “Beynəlxalq müqayisələr proqramı” mövzularında keçirilən sessiyalarda milli statistika sistemlərinin müasirləşdirilməsi, institusional inkişaf tədbirləri, informasiya mühitində rəsmi statistikanın rolu, süni intellektin tətbiqi, smart-data texnologiyaları, məlumat inteqrasiyası və inklüziv data idarəçiliyi, generativ süniintellektin statistik hesabatların keyfiyyətini artırmaq imkanları, yoxsulluğun ölçülməsi, satınalma qabiliyyəti paritetlərinin hesablanması və onların sosial-iqtisadi təhlillərdə istifadəsi məsələləri diqqət mərkəzində olmuşdur.

Prezident İlham Əliyev Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət edib. Müraciətdə qeyd olunur ki, Forum milli statistika sistemlərinin inkişafı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qlobal statistik təşəbbüslərə inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır. Prezident vurğulayıb ki, müxtəlif ölkələrin statistika qurumlarının, beynəlxalq təşkilatların və elmi ictimaiyyətin bir araya gəlməsi qabaqcıl bilik və təcrübələrin paylaşılması üçün əlverişli mühit formalaşdırır.

Dövlət başçısı bildirib ki, etibarlı statistik məlumatlar dayanıqlı inkişaf, əsaslandırılmış qərarların qəbulu və şəffaf idarəetmə üçün vacibdir. Azərbaycanın isə milli statistika sisteminin beynəlxalq standartlara uyğun inkişafına, rəqəmsal transformasiya və süni intellekt kimi müasir yanaşmaların tətbiqinə xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Ümummilli Lider Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə “Statislika   haqqında”   Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsiplərinin bütün tələbləri nəzərə alınaraq, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. xüsusi maddələr qeyd edilmişdir. Hər 5 ildən bir Ümumdünya Statistika Günü, cəmiyyətlərdə statistik məlumatların əhəmiyyətinə diqqət çəkmək məqsəd daşıyır. 2010-cu ildə BMT tərəfindən təsis edilib və ilk dəfə həmin ildən qeyd olunub.

Müasir dövrdə sosial-iqtisadi proseslərin idarə olunmasında, informasiya

məkanının formalaşdırılmasında, ölkələrin inkişaf səviyyəsinin qiymətləndirilməsində rəsmi statistikanın əhəmiyyəti daha da artmışdır. Rəsmi statistika məlumatlarının beynəlxalq müqayisəliliyinin təmin edilməsi üçün milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və dünya statistika sisteminə inteqrasiyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə başlanmış və sonrakı illərdə uğurla davam etdirilmiş islahatlar rəsmi statistikanın da inkişafına güclü təkan vermiş, statistika sisteminin hüquqi bazası yaradılmışdır.

Bu sahədə ardıcıl olaraq icra edilmiş dövlət proqramları çərçivəsində milli statistik

təsnifatların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin (MHS) qurulması, yeni statistika sahələrinin, müasir metodologiyaların yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların üzərinə düşən hesabat yükünün azaldılması və rəsmi statistika materiallarının istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. İxtisaslaşmış beynəlxalq təşkilatlar da həyata keçirilmiş xarici auditlərin nəticələri əsasında milli statistika sistemində aparılan islahatları yüksək qiymətləndirmiş, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (DSK) “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür.

Statistika sistemində keyfiyyətin idarə edilməsi və metaməlumat sisteminin

tətbiqi Dövlət Proqramının əsas istiqamətlərindən olmuşdur. Burada nəzərdə tutulan tədbirlər nəticəsində keyfiyyətin idarə olunması standartları üzrə statistikanın bütün sahələrində müşahidələrin standart modellərə uyğun təhlilinə, statistik hesabat formaları və göstəricilər üzrə metaməlumatlar sistemlərinin yaradılmasına və onun məlumat bazalarına inteqrasiyasına, statistika proseslərinin və məlumatların keyfiyyətinə beynəlxalq uyğunluq sertifikatının alınmasına nail olunmuş, Komitənin internet səhifəsində yerləşdirilən yekun məlumatların məlumat bazalarına inteqrasiyası təmin edilmişdir. Dövlət Proqramının həyata keçirilməsinin maliyyətəminatı dövlət büdcəsində Dövlət Statistika Komitəsi üçün nəzərdə tutulan vəsait və qanunvericiliyə zidd olmayan digər xarici və daxili mənbələr hesabına maliyyələşdirilmişdir. Maliyyə vəsaitlərindən, əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş müayinələrin təşkili, struktur bölmələrinin rəhbər kadrlarının və mütəxəssislərinin xarici dövlətlərdə və ölkə daxilində təcrübə keçməsinin təşkili, Komitə sistemində istifadə olunan hesablama texnikasının, telekommunikasiya və digər avadanlıqların, proqram təminatının yeniləşdirilməsi və modernləşdirilməsi üçün istifadə edilmişdir.

Azərbaycanda kənd təsərrüfatının növbəti siyahıya alınması 2025-ci il iyulun 15-dən avqustun 15-dək keçirilmişdir. Bu siyahıyaalma işğaldan azad edilmiş əraziləri də əhatə etmişdir. Siyahıyaalma kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən ilk dəfə olaraq planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə keçirilmişdir. Həyata keçirilən siyahıyaalınma kənd təsərrüfatı sahəsində qərar qəbul etmək üçün əsas statistik məlumat mənbəyi olacaq.

Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, süni intellekt kimi müasir çağırışlar statistika sahəsində yeni metodologiyaların, alət və yanaşmaların işlənib hazırlanmasını, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsini zəruri edir. Bu hədəflərin reallaşdırılması üçün isə effektiv beynəlxalq əməkdaşlıq və onun imkanlarının düzgün dəyərləndirilməsi vacibdir. Biz rəsmi statistika sahəsində müasir texnologiyalara, süni intellektə və rəqəmsal transformasiyaya əsaslanan islahatlara xüsusi önəm veririk. Ölkəmiz bu istiqamətdə aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edərək qlobal inkişaf gündəliyinə töhfə verməyə səy göstərir.  

Şahin MƏNƏFOV,
Neftçala Rayon Statiskita İdarəsinin rəisi 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri