Icma.az
close
up
RU
Müasir təbabətdə fizioterapiyanın rolu vacib və əvəzolunmazdır SN

Müasir təbabətdə fizioterapiyanın rolu vacib və əvəzolunmazdır SN

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fizioterapiya müasir təbabətdə geniş tətbiq olunur. Bir çox dərmanların yan təsirləri, bəzi hallarda allergik reaksiyaların baş verməsi, əks-göstərişlərin olması fiziki amillərin daha geniş və fəsadsız tətbiqini zəruri hesab edir. Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Ülviyyə Mikayılzadə deyib.

Trend Ülviyyə Mikayılzadə ilə müsahibəni təqdim edir:

- Bilmək istərdik ki, fizioterapevtik üsulların digər müalicə üsullarından fərqi nədir?

- Təbii faktorlar, o cümlədən müalicəvi mineral suları, palçıq müalicəsi, Naftalan nefti, duz mağaraları əvəzsiz müalicə üsullarındandır. Həmçinin, elektroprosedurlar, kvant terapiyası, ultrasəs müalicəsi, maqnitoterapiya bir çox xəstəliklərin müalicə və profilaktikasında geniş tətbiq olunur.

- Fizioterapevtik prosedurlar hansı xəstəliklərdə təyin olunur?

- Fizioterapiyada həm təbii, həm də fiziki amillər (aparat fizioterapiyası) bir çox xəstəliklərdə, xüsusən də dayaq-hərəkət, sinir sistemi, travmatoloji, uroloji, ginekoloji, dəri, pediatrik, tənəffüs və ürək-damar sistemi xəstəliklərində geniş və uğurla tətbiq olunur.

- Uşaq və yeniyetmə yaş qrupunda rast gəlinən skoliozun müalicəsində hansı fizioprosedurlar vacibdir?

- Skolioz daha çox uşaq və yeniyetmələrdə rast gəlinən dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Bu patologiya yaşlı insanlarda degenerativ proseslər fonunda da əmələ gəlir. Skoliozun erkən diaqnostokası və müalicəsi vacibdir, çünki gecikmiş formalarda əməliyyat qaçılmaz olur.

Skoliozun müxtəlif formaları var. Bunlara kongenital, neyromuskulyar, idiopatik formalar aiddir. Kongenital forma anadangəlmə olub onurğa fəqərəsinin qüsurları ilə əlaqədardır. Neyromuskulyar forma nevroloji xəstəliklər fonunda yaranır. İdiopatik formaya daha çox rast gəlinir. Xəstəlik digər sistemlərdə və orqanlarda heç bir patologiyalar olmadan, tamamilə sağlam bir uşaqda baş verə bilər.

Skoliozun simptomları inkişaf dərəcəsindən asılı olaraq müxtəlif olur. Bu zaman çiyin və çanaq hündürlüyündə olan assimetriya, kürək sümüklərində hündürlük fərqinin qeyri-bərabər vəziyyəti, döş qəfəsində qeyri-simmetriya, bel nahiyəsində çuxur görünməsi aşkar olunur.

Yenidoğulan uşaqlarda və 3 yaşa qədər aşkar olunan skoliozlar infantil forma olub, çox zaman bud-çanaq displaziyası ilə müşayiət olunur. Yuvenil (yetkinlik yaşına çatmayan) idiopatik skolioz - onurğanın əyriliyi uşaqlarda 3 yaşdan 10 yaşa qədər inkişaf edir. Yetkinlik skolioz 10-18 yaş arası görülən skoliozdur. Pediatrik skoliozların 80%-i bu qrupa aiddir.

Onurğa sütununun müxtəlif nahiyələrində, daha çox döş və bel seqmentlərində əyriliklər müşahidə olunur.

Onurğa sütunu deformasiyalarının nə qədər tez aşkar edib, müvafiq prosedurlar tətbiq olunarsa, bir çox fəsadların qarşısını almaq mümkündür. İlkin olaraq rentgenoloji müayinələrin aparılması və skoliozun dərəcəsinin təyini vacibdir.

Fizioterapevtik prosedurlar arasında onurğa sütunu deformasiyalarında daha geniş tətbiq olunan müalicəvi idman və massaj, əzələ gücləndirilməsi, elektrostimulyasiya, kalsium, fosfor elektroforezi, hovuzda üzmələr geniş tətbiq olunur. Skoliozun dinamikasının izlənməsi vacibdir və belə uşaqlar daim həkim nəzarətində olmalı, yanaşı profilaktik tədbirlər aparılmalı, kalsium, fosfor, vitamin D tərkibli vitaminlər, xüsusi qida menyusu tərtib olunmalıdır.

- Bəs fizioterapiyanın tətbiqindən öncə hansı müayinələr aparılmalıdır?

- Xəstəliyin gedişatından asılı olaraq qan, rentgenoloji və ultrasəs müayinəsi, EKQ ilkin aparılan müayinə üsullarındandır. Eləcə də, yanaşı gedən prosesləri araşdırarkən daha geniş müayinələrin aparılması vacib hesab olunur.

Fizioterapevtik müalicənin təyini zamanı digər mütəxəssislərin də rəyi nəzərə alınmalı və pasiyent üçün individual müalicə planı işlənib hazırlanmalıdır. Həmçinin, pasiyentlərlə maarifləndirici konsultasiyaların aparılması, fizioprofilaktik tədbirlərin planlaşdırılması məqsədəuyğundur.

- Hansı xəstəliklərdə fizioterapiyada Naftalan nefti tətbiq olunur?

- Naftalan şəhəri ərazisində əldə olunan eyni adlı neft yüksək müalicəvi təsirə malikdir. Hazırda dünyanın bir neçə ölkələrində müalicəvi təsirə malik neft məhsulları əldə olunsa da, yüksək müalicəvi tərkibinə görə Naftalan nefti öz liderliyini qoruyub saxlayır. Naftalan nefti naften turşuları və naften karbohidrogenləri ilə zəngindir. Zəngin kimyəvi tərkibi sayəsində naftalanoterapiya hiposensibilizasiya, iltihabəleyhinə, ağrıkəsici effekt yaranır, mübadilə - trofiki proseslər stimullaşır, toxumaların fizioloji regenerasiyası tənzimlənir.

Naftalan nefti həm ümumi vanna, həm də lokal yaxma, applikasiya zamanı rafinə olunmuş, qətransızlaşdırılmış naften karbohidrogenləri, naftomastika (naftalan nefti, parafin, sezerin, kamfora) naftalan yağı məlhəmləri şəklində tətbiq olunur. Əsasən dayaq-hərəkət sistemi, sinir sistemi, dəri xəstəlikləri, ginekoloji, LOR - uroloji xəstəliklərində geniş istifadə olunur.

Naftalan nefti digər fizioterapevtik üsullarla kombinə olunan formada tətbiq olunduqda, daha yüksək və dayanıqlı terapevtik nəticə verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Mart 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri