Müavinət və təqaüd alanlara SEVİNDİRİCİ XƏBƏR Nazirlik rəqəmləri AÇIQLADI
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Sosial ödənişlərdə davamlı artım sosial müavinət və təqaüdləri də əhatə edir.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proses Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar əsasında ardıcıl xarakter alan sosial islahatlar çərçivəsində müavinət və təqaüdlərin də mütəmadi artırılması təmin olunur:
"Dövlətimizin başçısının Fərmanına əsasən bu il iyulun 1-dən də növbəti dəfə şəhid ailələrinə, əlilliyi olan şəxslərə, habelə müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə və digər bir sıra kateqoriyalardan olan vətəndaşlara ödənilən aylıq müavinətlər, həmçinin birdəfəlik müavinətlər artırılıb".
Qeyd olunub ki, ümumilikdə 2018-2025-ci illərdə ölkəmizdə 5 sosial islahat paketi reallaşdırılıb ki, bu islahatlar çərçivəsində müavinət və təqaüdlərin ödənişləri üçün illik vəsait 5 dəfə artıb. Yaxud əhalinin 1 milyon 100 min nəfərini əhatə edən pensiya təminatı üzrə illik xərclər 2018-ci illə müqayisədə 2 dəfə artaraq 2025-ci il üzrə 7,2 milyard manatdan çox olub ki, bu da pensiyaçıların sosial müdafiəsinin daim diqqət mərkəzində olduğunu təsdir edir.
"Məsələn, pensiya, müavinət və təqaüdlərin bu günkü məbləğlərini 2018-ci ildəki məbləğlərlə müqayisə etdikldə, ötən dövrdə dəfələrlə artıma nail olunduğunu görmək olar. Qeyd edilən proseslər onu göstərir ki, sosial ödənişlərdə, o cümlədən, sosial müavinət və təqaüdlərdə artım davamlı xarakter alıb", - deyə nazirliyin məlumatında vurğulanıb.
Banu Hüseynli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 04 Noyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















