Icma.az
close
up
RU
Müavinətlərin son artımı qiymətlərə necə təsir edəcək? “İlin sonunda…” KONKRET

Müavinətlərin son artımı qiymətlərə necə təsir edəcək? “İlin sonunda…” KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Məsələ burasındadır ki, Azərbaycanda sosial müavinətlər hər il artırılmır, yaxud artım uzun müddət sonra olur. Yəni tez-tez baş vermir. Nəticə etibarı ilə müavinətlərdəki artımların heç bir ciddi təsiri olmur”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a iqtisadçı Toğrul Vəliyev deyib.

Onun sözlərinə görə, sosial müavinətlərin artımı əsasən bazardakı qiymət artımlarına görə edilir:

“Müvafiq sosial müavinətlərin artımı məhz ona görə baş verir ki, bazarda qiymət artımı artıq var. Burada səbəb-nəticə bir qədər fərqlidir. Məsələ burasındadır ki, Azərbaycanda sosial müavinətlər hər il artırılmır, yaxud artım uzun müddət sonra olur. Yəni tez-tez baş vermir. Nəticə etibarı ilə müavinətlərdəki artımların heç bir ciddi təsiri olmur.

Qiymətlər daha yüksək artır, nəinki müvafiq ödənişlər. Azərbaycanda müxtəlif məhsulların qiymətləri əsasən dövlət sifarişləri ilə bağlı artır. Çünki ölkə iqtisadiyyatında əsas qüvvə kimi dövlət investisiyaları önəmli yer tutur. Ümumiyyyətlə, inflyasiyanın əsas amillərindən biri daha çox dövlət investisiyalarıdır, nəinki insanların gəlirləri. Normal olaraq, insanların gəlirləri artırsa, müvafiq məhsulların qiymətləri də artmağa başlayır. Amma adətən, bu proses tənzimlənir”.

Ekspert vurğulayıb ki, ilin sonuna doğru ikirəqəmli inflyasiya göstəricilərini görəcəyik:

“Son zamanlar inflyasiyanın daha da sürətlənməsi nəticəsində vətəndaşlar qiymət artımlarını hiss etmirlər. Baxmayaraq ki, ilin cəmi 5 ayı keçib, inflyasiya artıq 6 faizdən yüksəkdir. Bu o deməkdir ki, tendensiya belə davam edərsə, ilin sonuna artıq ikirəqəmli inflyasiya olacaq.

Azərbaycanda inflyasiya əsasən idxal inflyasiyasıdır. Bir çox məhsullar ya xaricdən idxal olunur, ya da xaricdən idxal olunan xammaldan istehsal edilir. Son zamanlar dünyada baş verən tendensiyalar mütləq şəkildə daşıma qiymətlərinə də təsir edir və edəcək. Bu, əlbəttə, idxalın bahalaşmasına gətirib çıxaracaq. Fikrimcə, indiki inflyasiya tendensiyası artım tempi ilə davam edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 İyun 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri