Müavinlikdən direktorluğa yüksəldi
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Azər Məmmədrəhimov əmr imzalayıb.
Əmrə əsasən, Hüseyn Cəfər oğlu Əsgərli "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin direktoru vəzifəsinə təyin olunub.
Təyinatdan əvvəl həmin müəssisədə direktor müavini vəzifəsində çalışan H.Əsgərli burada rəqəmsal transformasiya prosesinə, poçt və telekommunikasiya xidmətlərinin rəqəmsallaşdırılmasına, eləcə də süni intellekt və kibertəhlükəsizlik həllərinin tətbiqi istiqamətində innovativ layihələrin hazırlanmasına və icrasına rəhbərlik edib.
H.Əsgərli əmək fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində başlayıb və burada bir sıra rəhbər vəzifələrdə çalışıb. O, sonrakı illərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində sektor müdiri, Naxçıvan Dövlət Universitetində isə İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifələrində çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 İyul 2026 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















