Mübahisə etdiyi hərbçini öldürən şəxsə HÖKM OXUNDU
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakupost.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Bukvadzeyə 11 il 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Ağstafanın Saloğlu qəsəbəsində küçədə B.Bukavadze ilə rayonun Düzqışlaq kənd sakini Şamxal Həmidovun avtomobilləri üz-üzə gəlib. Yolun ensiz olması səbəbindən onlardan biri digərinə güzəştə getməli olsa da, tərəflər arasında mübahisə başlayıb.
Bu zaman B.Bukvadze ilə digər avtomobildəki sərnişin Orxan Əlizadə arasında münaqişə yaranıb. Münaqişə zəminində sürücü hərbi qulluqçu olan Orxana zərbə endirib.
Yerə yıxılan Orxanın başı qaz borusuna dəyib və ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan hərbçi orada vəfat edib.
Baxış sayı:105
Bu xəbər 13 Dekabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















