“Mübariz Gurbanoğlu Təhsil və Yardımlaşma Fondu” təqaüd proqramı elan edir
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
“Mübariz Gurbanoğlu Təhsil və Yardımlaşma Fondu” (“Mübariz Gurbanoğlu Eğitim ve Yardımlaşma Vakfı”) 2025-2026 Tədris İli üçün Təqaüd Proqramını elan edir
Newscenter.az xəbər verir ki, “Mübariz Gurbanoğlu Təhsil və Yardımlaşma Fondu”, Palmali Holdinq-in İdarə Heyətinin sədri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun təşəbbüsü ilə fəaliyyət göstərir. Fondun məqsədi Azərbaycandan olan tələbələrə, xüsusilə Türkiyədə təhsil alan gənclərə maddi dəstək göstərmək, onların təhsilini davam etdirmələrinə yardım etməkdir. Bu il Fond 100-dən çox tələbəyə təqaüd verməyi planlaşdırır.
Təqaüd proqramının əsas məqsədi:
• Tələbələrin təhsilini maliyyə maneələrindən asılı olmadan davam etdirmələrini təmin etmək;
• Akademik nailiyyətləri yüksək olan tələbələri təşviq etmək;
• Şəhid ailələrinin və Qarabağ müharibəsi qazilərinin ailə üzvlərinin gənclərinə dəstək olmaq;
• Maddi imkanları məhdud olan tələbələrə yardım göstərmək.
Təqaüd üçün qiymətləndirmə meyarları:
• Akademik ili yüksək bal və dərəcə ilə bitirən tələbələr;
• ?? Şəhid ailələrinə aid tələbələr;
• Birinci və İkinci Qarabağ Müharibəsi qazilərinin ailə üzvləri;
• Maddi imkanı məhdud olan tələbələr.
Sənəd qəbulu:
• Başlama tarixi: 15.09.2025
• Son tarixi: 30.09.2025
Müraciətlər yalnız mgyardimlasmavakfi.org saytında yerləşən “Təqaüd Müraciəti” formu vasitəsilə qəbul olunur.
Birbaşa müraciət linki: https://mgyardimlasmavakfi.org/basvuru
Qeyd: Müəyyən edilmiş tarixdən sonra edilən müraciətlər qəbul edilməyəcək.
Bu təqaüd proqramı ilə gənclərin bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların gələcək uğurlarına töhfə vermək əsas hədəfdir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfi Türkiyədə təhsil alan 150 azərbaycanlı tələbəyə təqaüd verəcək.
04 Noyabr 2024 19:07
Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib
01 Fevral 2026 20:04
İndoneziyada təhsil üzrə təqaüd proqramı elan edilib
15 Yanvar 2026 11:56
Rusiya Nəqliyyat Universiteti vətəndaşlarımız üçün təhsil təqaüd proqramı elan edir
18 Dekabr 2024 15:04
Təhsil Tələbə Krediti Fondu auditor seçib
30 Avqust 2025 11:34
Baxış sayı:203
Bu xəbər 15 Sentyabr 2025 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















