Rusiya Nəqliyyat Universiteti vətəndaşlarımız üçün təhsil təqaüd proqramı elan edir
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən, 2025 – 2026-cı tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə müsabiqə elan olunur.
"Unikal" xəbər verir ki, müsabiqədən keçən namizədlər Rusiya Federasiyasının Rusiya Nəqliyyat Universitetində (Российский университет транспорта (МИИТ)) təhsil almaq üçün təqaüd proqramından yararlana bilərlər. Təqaüd proqramı Azərbaycanda nəqliyyat sahəsində gənc milli kadrların hazırlanması məqsədi daşıyır.
Universitetdə təhsil dərəcələrinə bakalavr, spesialitet, magistratura daxildir. Burada, həmçinin rus dili üzrə universitetə hazırlıq fakültəsi mövcuddur. Təhsilin forması əyanidir. Tədris rus dilində aparılır.
Təminat:
Təhsil haqqının tam ödənilməsi
Aylıq təqaüd
Rus dilini bilməyən tələbələr üçün 1 illik ödənişsiz rus dili hazırlıq kursları
Müsabiqədə iştirak edə bilər:
Məktəb, lisey, gimnaziya, kollec, texnikum və universitet məzunları (və ya təhsilini bu ildə bitirəcək tələbələr və şagirdlər)
Seçim turları:
Riyaziyyat və məntiqdən onlayn test
Oflayn müsahibə (Azərbaycan və rus dillərində)
Ərizələrin qəbul tarixi: 18.12.2024 – 05.01.2025
Qeydiyyat üçün bu linkə keçid edə bilərsiniz.
Testlərdən uğurla keçən və universitetə qəbul olunanlardan bu sənədlər tələb olunacaq:
Pasportun skan edilmiş surəti və pasportun rus dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsinin skan edilmiş surəti
Təhsil sənədlərinin skan edilmiş surətləri (orta təhsil haqqında attestat, diplomlar) və onların notarial qaydada təsdiq edilmiş tərcümələrinin skan edilmiş surətləri
Tibbi arayışın skan edilmiş surəti
İİV (HIV)-mənfi sertifikatın skan edilmiş surəti
Ərizə – anket
Məlumat üçün bildirək ki, Rusiya Nəqliyyat Universiteti Rusiya Federasiyasının aparıcı milli nəqliyyat universiteti olmaqla yanaşı, həm də ən böyük sənaye universitetidir. Bu ali məktəb nəqliyyat sənayesinin inkişafı üçün kadr təminatı və elmi dəstək üçün baza platforması rolunu oynayır.
Təhsil müddətini uğurla başa vuran tələbələrə Azərbaycana qayıtdıqdan sonra nəqliyyat sahəsində fəaliyyət göstərən qurumlara işə qəbul zamanı üstünlük veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 18 Dekabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















