Icma.az
close
up
RU
Müctəba Xamenei hakimiyyətdən gedəcək KONKRET

Müctəba Xamenei hakimiyyətdən gedəcək KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Yaxın Şərqdə baş verən son hərbi qarşıdurmaların ardından İranda 15 günlük atəşkəs elan olunması regionda nisbi sakitlik yaratsa da, bu fasilənin arxasında daha dərin geosiyasi proseslərin getdiyi aydın görünür. Xarici təzyiqlər, daxili siyasi balans və hakimiyyət daxilində mümkün dəyişiklik ehtimalları fonunda ölkənin gələcək idarəetmə modeli yenidən gündəmə gəlib.

Maraqlıdır, rejim dəyişikliyi realdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, son müharibədə ABŞ və İsrailin əsas hədəflərindən biri İranda siyasi rejim dəyişikliyi olsa da, bu məqsədə nail olunmayıb.

“Yaxın perspektivdə İranda rejim dəyişikliyi real görünmür və mövcud sistem öz dayanıqlığını qoruyur. Ali liderin varisi kimi tez-tez adı hallanan Müctəba Xamenei müəyyən siyasi dayaqlara malikdir. Xüsusilə, onun atasının sağlığında İranın əsas güc strukturlarından biri olan SEPAH daxilində nüfuz qazandığı qeyd olunur.

88 üzvdən ibarət Ekspertlər Şurasında ona dəstək verə biləcək qüvvələr mövcud olsa da, bu, yekdil deyil və müəyyən daxili müxalifətin olması da istisna edilmir. Bu isə onun potensial liderliyi ətrafında fikir ayrılıqlarının mövcudluğunu göstərir”.

Analitikə görə, hazırkı şəraitdə İranda əsas qərarların verilməsində SEPAH-ın rolu son dərəcə böyükdür.

“Faktiki olaraq hərbi-siyasi idarəetmə modeli formalaşıb və strateji qərarlar məhz bu strukturun təsiri ilə qəbul edilir. Bu baxımdan, Müctəba Xameneinin mümkün liderliyi də böyük ölçüdə SEPAH-la münasibətlərindən və bu qurumun dəstəyindən asılı olacaq”.

Ekspert xatırladır ki, vaxtilə Əli Xamenei ali lider seçilərkən də zəif fiqur kimi qiymətləndirilirdi.

“Lakin o, zamanla rəqiblərini sıradan çıxararaq hakimiyyətini möhkəmləndirməyə nail oldu və uzun illər ölkəyə rəhbərlik etdi.

Bu kontekstdə Müctəba Xamenei ilə bağlı da oxşar ssenarinin mümkünlüyü istisna edilmir. Onun gələcək siyasi davranışı, güc balansını necə quracağı və daxili elitalarla münasibətləri bu prosesdə həlledici rol oynayacaq”

Beləliklə, müharibədən sonrakı geosiyasi şəraitdə İranda ali liderlik institutunun gələcəyi bir neçə əsas faktordan – SEPAH-ın mövqeyi, dini-siyasi elitanın razılaşması, mümkün varisin siyasi bacarığı və ictimai rəyin istiqamətindən asılı olacaq. Bu amillərin hansı istiqamətdə inkişaf edəcəyi isə ölkənin gələcək siyasi kursunu müəyyənləşdirəcək.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Aprel 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri