“Müdafiə Nazirliyindən soruşun” Kremldən Polşaya hücumla bağlı AÇIQLAMA
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Kreml Polşaya hücum edən Rusiya PUA-ları ilə bağlı məlumatı şərh etmək istəmir.
“AzPolitika” xəbər verir ki, Vladimir Putinin sözçüsü Dmitri Peskov Polşa səmasında vurulan pilotsuz təyyarələrin Rusiya mənşəli olması ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.
O deyib ki, hadisəyə Kreml yox, Rusiya Müdafiə Nazirliyi münasibət bildirməlidir: "Bilirsiniz, indiki halda biz bunu heç bir şəkildə şərh etmək istəməzdik, bu, bizim səlahiyyətimizə daxil deyil, Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir".
Onun sözlərinə görə, hadisədən sonra Polşa rəhbərliyindən Kremllə əlaqə saxlamaq üçün heç bir müraciət olmayıb.
Xatırladaq ki, ötən gecə Polşanın hava məkanına 20-yə yaxın PUA soxulub. Buna cavab olaraq NATO hərbi təyyarələri havaya qalxıb. Dronlardan biri Polşanın Lyublin voyevodalığında yaşayış binasına düşüb. PUA-lardan yalnız 4-nün vurulduğu qeyd edilir.
“AzPolitika.info”

