Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müdafiə Nazirliyinin silah-sursat anbarının tikintisinə ayrılan 7 milyon manatı mənimsəməkdə təqsirli bilinərək 10 il həbsə məhkum edilən şirkət rəhbəri Üzeyir Həsənovun cəzası azaldılıb.
Demokrat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Ali Məhkəmə məhkumun kassasiya şikayəti əsasında belə qərar qəbul edib.
Ü.Həsənovun əməli Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsindən 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsinə tövsif edilib. Bu dəyişikliklə onun cəza müddəti 10 ildən 8 ilə endirilib.
Qeyd edək ki, "Bina Tikinti Kompaniyası" MMC-nin rəhbəri Üzeyir Həsənov 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməyərək qiymətləri şişirdib. Şirkət rəhbərinin qanunsuz fəaliyyəti nəticəsində dövlətə 7 milyon manat ziyan dəyib. O, Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Azərbaycan Tarix Muzeyinin ekspozisiyasının təmir-bərpa işlərinin aparılmasını öz üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. Bu epizod üzrə Həsənova 1.8 milyon manatlıq mənimsəmə ittihamı verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il həbsdən əlavə, onun 10 milyonluq əmlakı da müsadirə edilib. Sonradan apellyasiya instansiyası cəza müddətini 10 ilə salıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Tramp Müdafiə Nazirliyini yenidən qurmaq istəyir İddia
20 Mart 2025 01:47
Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verdi SƏBƏB
16 Sentyabr 2025 09:45
Papikyan Müdafiə Nazirliyini ifşa etdi: Bakının məlumatı təsdiqləndi
26 Mart 2025 18:51
Şirkət polisi və müdafiə nazirliyini korrupsiyada ittiham edib
29 Noyabr 2024 23:56
Tramp müdafiə nazirliyini Maska tapşırdı Xərclənən milyardlarla dollar....
09 Fevral 2025 23:09
Baxış sayı:91
Bu xəbər 29 Oktyabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları