Sabiq diplomat da amnistiyadan yararlandı CƏZASI AZALDILDI
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sabiq diplomat Ramiz Vəliyevin cəzası 6 ay azaldılıb.
Sabiq diplomatla bağlı qərar Bakı Apellyasiya Məhkəməsində verilib. Qərara əsasən, Ramiz Vəliyevə amnistiya tətbiq edilərək cəzası 4 il 6 aydan 4 ilə endirilib. Ramiz Vəliyev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olub.
O, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr 2024-cü ildə saxlanılıb və Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb. Ramiz Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda təqsirli bilinib. Qeyd edək ki, sabiq diplomat Ramiz Vəliyev vəkillikdən uzaqlşdırılmış Adəm Məmmədovun əmisidir.
Xatırladaq ki, ötən ilin sonunda Prezident İlham Əliyev amnistiya təşəbbüsü ilə çıxış edib. 4 ay müddətində icrası nəzərdə tutulan amnistiya ilə 5 min nəfərdən çox məhkumun cəzadan azad edilməsi, azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 minə yaxın məhkumun cəzasının 6 ay azaldılması, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından və 4 minə yaxın şəxsin digər cəzalardan və şərti cəzalardan azad edilməsi qərara alınıb. Mindən çox şəxsin cinayət məsuliyyəti ləğv olunacaq. Amnistiya müharibə veteranlarına, həlak olmuş və itkin düşmüş şəxslərin yaxınlarına, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərə, qadınlara, yaşı 60-dan yuxarı olanlara, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və az ağır cinayət törətmiş şəxslərə şamil ediləcək./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 26 Yanvar 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















