Icma.az
close
up
RU
Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziyada səfərdədir

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziyada səfərdədir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də İndoneziyanın paytaxtı Cakarta şəhərində ötən ildən təxirə salınmış “Indo Defence 2024” sərgisi öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a vrilən məlumata görə, iki ildən bir təşkil edilən və Asiya-Sakit okean regionunda müdafiə sənayesi üzrə ən böyük tədbirlərdən biri olan “Indo Defence 2024” ilə paralel olaraq, “Indo Aerospace”, “Indo Marine” və “Indo Security” sərgiləri də keçirilir.

Tədbirin açılış mərasimində iştirak edən müdafiə sənayesi naziri V. Mustafayev daha sonra müxtəlif şirkətlərin stendlərini ziyarət edib.

Sərgi çərçivəsində nazir Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, milli müdafiə nazirinin müavini Şuay Alpay, həmçinin Türkiyənin “HAVELSAN”, “Turkish Aerospace”, “Roketsan”, Çinin CPMIEC, “NORINCO” və Birləşmiş Ərəb Əmirliklərinin “EDGE Group” şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə Azərbaycanın müdafiə sənayesi qurumları ilə əməkdaşlığın genişləndirilməsi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Jakarta International Expo” sərgi sahəsində təşkil olunan beynəlxalq tədbirdə quru qoşunları, dəniz və hava qüvvələri, kiber müdafiə, pilotsuz sistemlər və təhlükəsizlik texnologiyaları sahəsində geniş çeşidli texnoloji yeniliklər nümayiş etdirilir.

Sərgi iyunun 14-də başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri