Müdafiədə üstünlüyümüzü qoruyacağıq Putin
Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin Hərbi-Sənaye Komissiyasının iclasında çıxışı zamanı ölkəsinin müdafiə qabiliyyətinin bir addım öndə olduğunu və bu üstünlüyün gələcəkdə də qorunacağını bildirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Putin qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyatlar zamanı istifadə etdiyi taktika və texnologiyalar artıq beynəlxalq hərbi ekspertlərin diqqət mərkəzinə çevrilib. O, xüsusilə lazer kompleksləri, dəniz dronları və süni intellektə əsaslanan sistemlərə diqqət ayıraraq, bu sahələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
“Süni intellekt çox böyük imkanlar təqdim edir və biz bu cür həlləri daha fəal şəkildə həyata keçirməliyik”, – prezident bildirib.
Görüş zamanı Putin həmçinin kəşfiyyat və rabitə üçün orbitdə peyk bürcünün yaradıldığını elan edərək, bu addımın Rusiyanın hərbi sahədə texnoloji liderliyini möhkəmləndirdiyini qeyd edib.
Fidan Hacızadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 Aprel 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















