Müəllif: Atabəylər Şəmsəddin Eldəniz kitabı Azərbaycanın intibah dövrünü əhatə edir AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 3 dekabr, AZƏRTAC
"Atabəylər Şəmsəddin Eldəniz" kitabı Azərbaycanın intibah dövrünü əhatə edir. Orta əsrlər Azərbaycan tarixi ilə əlaqəli çox az material olduğuna görə, bu kitab o zamanın əsas qəhrəmanlarının xarakterlərini özündə əks etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Atabəylər Şəmsəddin Eldəniz" kitabının müəllifi Əlibala Məhərrəmzadə söyləyib.
"Kitab roman şəklindədir və Orta əsrlərdə baş vermiş saray intriqaları, ümumiyyətlə Şəmsəddin Eldənizin yüksəlişini əks etdirir", - deyə o, qeyd edib.
"Azərbaycan Atabəyləri" bədii-sənədli filmi barədə düşüncələrini paylaşan Ə.Məhərrəmzadə filmin Atabəylər dövlətinin qurulmasının başlanğıcını, Şəmsəddin Eldənizin və Qara Sunqurun şücaətlərini, qəhrəmanlıqlarını özündə əks etdirdiyini söyləyib. O, filmin "Atabəylər Şəmsəddin Eldəniz" kitabının motivləri əsasında serial şəklində davam etdiriləcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 03 Dekabr 2024 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















