Müəllim adı qanunvericiliklə mühafizə olunmalıdır Deputat
Anews saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qanunvericilik səviyyəsində müəllim adı mühafizə olunmalıdır. Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
"Kənd məktəbində iki müəllimin mübahisəsi, yaxud hansısa bir müəllimin hər hansı pozuntu törətməsinin media səhifələrində yayımlanması bu cəmiyyətə heç nə vermir, amma müəllim kimliyini yerlə yeksan edir. Bəli hansısa müəllim fəaliyyətində nöqsana yol verirsə aidiyyatı məsuliyyətini daşımalıdır, lakin, yerində, belə məsələləri ictimailəşdirib müəllimə ehtiram ənənələrinin dağılmasına yol vermək olmaz. Bu mənada hesab edirəm ki, artıq qanunvericilik səviyyəsində müəllim adının mühafizəsi təmin oilunmalıdır", - deputat bildirib.
Məhərrəmov vurğulayıb ki, zamanında Heydər Əliyev ən yüksək adı müəllimə verib və buna görə də məktəblərdə baş verən hadisələrin sosial mediada yayılması yaxşı nəticələrə gətirmir.
"Problemlər bütün sahələrdə var, o cümlədən problemli sinifə buraxılmalı olmayan insanlar müəllimliyə yol tapa bilir, amma bu problemlər yerində həllini tapmalıdır, bir -iki problem fonunda müəllum kultunu zədələməməliyik", - o söyləyib.
Gülnar Nazimqızı
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 03 Fevral 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















