Icma.az
close
up
RU
“Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” İNCƏSƏNƏT MƏKTƏBİNİN KOLLEKTİVİ MÜDİRDƏN ŞİKAYƏTÇİDİR

“Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” İNCƏSƏNƏT MƏKTƏBİNİN KOLLEKTİVİ MÜDİRDƏN ŞİKAYƏTÇİDİR

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt şəhər sakini Muradova Sevinc Adil qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Səid Rüstəmov adına 3 saylı uşaq incəsənət məktəbində baş verən özbaşınalığa etiraz edir:

“Mən, Muradova Sevinc Adil qızı, yazaraq təəssüflə bildirirəm ki, bizim məktəbdə özbaşınalıq baş alıb gedir. Bilmirik, dərdimizi kimə deyək?!

Məlumat üçün bildirim ki, 40 ilin müəllimiyəm. Öz dərs saatımı müvəqqəti müdirimiz Vaqif Süleymanovdan ala bilmirəm. O, məktəbimizin kasıb, başsız, evsiz olan müəllimlərinin dərs saatını alaraq, heç bir nailiyyəti olmayan, layiqincə işləməyən müəllimlərə paylayıb.

Vaqif Süleymanov ona müraciət edən müəllimləri öz otağından çıxarır və onlara "bir də mənim kabinetimə girmə" deyir.

Bütün müəllimlər müvəqqəti müdirdən narazıdır. Mənim də dərslərimi əlimdən alıb, ixtisasına uyğun olmayan müəllimə verib. İşini layiqincə görməyən müəllimlərə 30-32 dərs saatı verilib. Öz peşəsinə canını verən, bütün tədbirlərdə işləyən müəllimlərə isə qiymət verilmir.

Mən kəsilən iş saatımı Vaqif müəllimdən istəyəndə, o, məni kollektiv yanında ələ saldı. Belə ki, bu zaman qol saatını çıxarıb stola atdı və “saat istiyirsənsə, götür”, - dedi. Biz nə vaxta kimi belə təhqirlərə dözəcəyik?

Qeyd edim ki, Vaqif müəllim 2 musiqi məktəbini - 3 saylı və 5 saylı məktəbləri idarə edir. Hazırda 67 yaşı var. O, dərsləri ancaq tapşırılan şəxslərə və yaxud da öz yaxın dost-tanışına verir. Müəllimələrdən biri - Nailə müəllimənin oğlu veterandır, hazırda da xəstədir. Vaqif müəllim onun belə, müraciətini, xahişini qəbul etmir. Müəlliməyə bildirib ki, oğlun veterandır, şəhid deyil ki. Gedib işləsin. 

Amma düşünmür ki, biz həmin oğulların sayəsində sağıq, vətənimiz həmin oğulların sayəsində azaddır. Vaqif müəllimin nəvəsi isə 100 min manatlıq maşın sürür.

Sumqayıt Mədəniyyət Şöbəsinin müdir müavini Həsrət  müəllimə şikayətimizi bildirmişik, lakin heç bir nəticə yoxdur. Mən, sizin sayt vasitəsilə həmin məktəbdə əzilən, haqqı tapdalanan müəllimlərin adından Təhsil Nazirliyindən xahiş edirəm ki, bizi bu əzazil adamın cəngindən xilas edin”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Noyabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri