Icma.az
close
up
RU
Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq

Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə açıqlamasında bildirib ki, kənd təsərrüfatında bir sıra ixtisaslara tələbat daha yüksəkdir. "Yaxşı baytar sıravi həkimdən daha çox pul qazanır", - deyə o, qeyd edib.

Abituriyentlər kənd təsərrufatı ixtisaslarına üstünlük verməlidirlərmi?

Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, kənd təsərrüfatı ixtisasları bir müddət sonra populyar ixtisaslara çevriləcək.

"Kənd təsərrüfatı ixtisasları hazırda o qədər də prestijli deyil. Amma dövr, müasir texnologiyalar, süni intellekt bizi yavaş-yavaş kənd təsərrüfatına sövq edəcək. Artıq süni intellekt ixtisaslara hakim olmağa başlayır. İxtisaslar, peşələr, iş yerləri süni intellektlə idarə olunduqda işçi qüvvəyə ehtiyac azalacaq. İşçi qüvvəyə ehtiyac azaldığı təqdirdə insanlar kənd təsərrüfatına üstünlük verəcəklər. İnsanlar özlərinə dolanışıq yeri axtaracaqlar. Əgər işsiz qalarsa, insan hansısa sahəyə yönəlməyə məcbur qalır. Düşünürəm ki, bir çox insan kənd təsərrüfatına istiqamətlənəcək".

Ekspertin sözlərinə görə, insanlar əkinçilik və maldarlığa yönələcəklər.

"Bunlar isə həmin ixtisasları populyar edəcək. Bəlkə də bu, yaxın 2-3 ildə olmaya bilər. Amma ehtimal olunur ki, hardasa 10 il sonra bu proses başlamağa istiqamətlənəcək. Çünki həqiqətən süni intellekt müəllimi belə əvəz edə biləcək. Süni intellektin hansısa peşəni əvəz etməyəcəyini demək çox çətindir. Bir süni intellektin bir neçə insanı əvəz edə biləcək gücə sahib olacağını düşünürəm. Bu da əmək bazarında insan faktorunun azalmasına təsir göstərəcək. Belə olduqda insanlar kənd təsərrüfatına üz tutacaqlar. Bu zaman əkinçilik, heyvandarlıq inkişaf edəcək. Bu il heyvandarlıq ixtisası da açıldı. Bitki inkişafı kimi sahələrə istək artacaq. Sahənin mütəxəssisləri daha çox uğur əldə edəcəklər", - deyə R.Nurəliyev qeyd etdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 İyun 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri