Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Süni intellekt təhsilin rəqəmsallaşmasına ciddi təkan verə biləcək əsas texnologiyalardan biridir. Bu texnologiya təhsildə fərdi yanaşma imkanlarını genişləndirir, müəllimlərin iş yükünü azaldır və təhsil müəssisələrinin idarəetməsində səmərəliliyi artırır.
Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, bu fikri Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz “Təhsildə rəqəmsallaşma” mövzusunda təlim-müzakirə sessiyası çərçivəsində jurnalistlərə müsahibəsində söyləyib.
O qeyd edib ki, hazırda əsas məqsəd süni intellektdən təhsilin keyfiyyətinin yüksəldilməsi üçün daha effektiv istifadə mexanizmlərinin formalaşdırılmasıdır.
Süni intellekt hər bir şagirdin bilik və bacarıqlarına uyğun fərdi öyrənmə imkanları yaratmaqla tədris prosesinin daha səmərəli təşkilinə kömək edir. Süni intellekt bəzi funksiyaları əvəz edə bilsə də, müəllimin rolunu tam əvəz etməsi yaxın perspektivdə real görünmür. Süni intellekt alətlərindən istifadə bacarığı olmayan müəllimlər gələcəkdə peşə fəaliyyətində çətinliklərlə üzləşə bilər.
O.Gündüzün fikrincə, hazırkı mərhələdə əsas diqqət süni intellektin yaratdığı imkanlardan maksimum yararlanmağa yönəldilməlidir. Gənclərin və təhsil müəssisələrinin bu texnologiyalardan səmərəli istifadəsi ölkənin rəqabətqabiliyyətliliyinin artırılması baxımından əhəmiyyət daşıyır.
Ekspert, həmçinin deyib ki, ölkə məktəblərində kompüter və internet infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılıb. Hazırda məktəblərin əhəmiyyətli hissəsi genişzolaqlı internetlə təmin olunub və əsas məsələ mövcud texnoloji imkanlardan tədris prosesində nə dərəcədə səmərəli istifadə edilməsidir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 16 İyul 2026 03:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















