Müəllimin güllələndiyi liseydə təhsil haqqı 16 min manat imiş
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Bakıda liseydə silahlı insident baş verib. Hadisə Binəqədi rayonu ərazisindəki liseydə qeydə alınıb.
Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb. Müəllim dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib.Bildirilib ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K.-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb.Qeyd edək ki, Bakıda fəaliyyət göstərən “İdrak” liseyi özəl müəsssəsdir və illik təhsil haqları kifayət qədər yüksəkdir. Liseydə ibtidai siniflər (I–IV) üzrə illik ödəniş 10 000–12 500 manat arasında dəyişir. Orta siniflərdə (V–IX) isə təhsil haqqı daha yüksəkdir və bu məbləğ 10 500–16 500 manat təşkil edir.
Qiymətlər liseyin bölməsindən və tədris dilindən asılı olaraq fərqlənir. Xüsusilə ingilis bölməsi üzrə təhsil alan şagirdlər üçün ödənişlər daha yüksəkdir. Lisey 2011-ci ildən fəaliyyət göstərir və Bakı ilə yanaşı, onun Sumqayıtda filialları var.
Gülər
“Cebheinfo.az”
Açar sözlər: lisey təhsil haqqı
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:204
Bu xəbər 06 Fevral 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















