Icma.az
close
up
RU
Liseydə müəllimin güllələnməsi: Nəticəsi ağır olacaq…

Liseydə müəllimin güllələnməsi: Nəticəsi ağır olacaq…

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uşaq rahatlıqla evdən odlu silah götürüb məktəbdə insident törədirsə, məsələnin günahkarı birmənalı olaraq valideyndir. İstər məktəbdə, istər küçədə hər bir uşaq evinin güzgüsüdür. Ola bilsin ki, valideyn hüquq-mühafizə orqanlarında işləyir, üzərində odlu silah gəzdirir, yaxud evdə ov silahı var. Lakin uşaq evdə odlu silah olduğunu bilməməlidir. Ən azından, valideyn güllə və patronları gizlətməlidir.

Bu sözləri təhsil eksperti Ramin Nurəliyev Axar.az-a açıqlamasında “İdrak” liseyində 29 yaşlı müəllimin 10-cu sinif şagirdi tərəfindən güllələnməsiylə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, əgər uşağın müəyyən psixoloji problem var idisə, bu tipli şagirdlərlə məktəb psixoloqu, sinif rəhbəri mütəmadi görüşlər keçirməlidir:

“Bu məktəbə az ödəniş ödənilmir. Ödənişli liseydir, kifayət qədər vəsait ödənilir. Məktəbin giriş hissəsində xüsusi təhlükəsizlik cihazları qoyulsa, daha yaxşı olardı.

Uşağın psixoloji durumu hansı səviyyəyə gəlib ki uşaq bu hadisəni törədib?! Yəqin ki, bunu hüquq-mühafizə orqanları araşdıracaq. Əlbəttə ki, hüquqi qiyməti onlar verəcək. Müəllim şagirdə nə deyib, necə olub, bunlar araşdırılacaq. Lakin müəllim uşağa nə deyir desin, uşaq hansı psixi təsirə məruz qalırsa qalsın, bu hadisəni törətməməlidir. O zaman hansısa müəllim uşağa söz deyəndə, yaxud aşağı qiymət yazanda uşaq evindən soyuq silah gətirib müəllimə xəsarət yetirməlidir?!

Belə anlayış olmamalıdır. Bu məsələdə günahkarlar mütləq cəzalandırılmalıdır. Səbəbi nə olursa olsun, orta ümumi təhsil mərkəzlərində müəllimə qarşı bu cür hərəkət yolverilməzdir”.

Ekspert bildirir ki, müəllim şagirdə fiziki, yaxud psixoloji təzyiq göstərirsə, uşaq müvafiq orqanlara şikayət etməlidir:

“Bunlar şagird hüquqlarının düzgün verilməməsindən, şagirdlərin öz hüquq və vəzifələrini bilməməyindən qaynaqlanır. Acı həqiqətdir ki, təhsil verənlər də öz hüquqlarını bilmirlər. Hüquqlarını yaxşı bilməyən şagird özünəməxsus hüquqi yol axtarmağa çalışır. Təəssüf ki, bu, hüquqi yol deyil. Nəticəsi də ağır olacaq. Yəqin ki, uşaqla, valideynlə, məktəblə bağlı cəza tədbirləri müəyyən olunacaq. Bu hadisə cəmiyyətdə iz buraxan dərin yaralardan biri oldu”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Fevral 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri