Icma.az
close
up
RU
Müəllimin maaşı ilə bağlı MÜHÜM XƏBƏR

Müəllimin maaşı ilə bağlı MÜHÜM XƏBƏR

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məktəblərdə tamştatlı əməkhaqqı sisteminə keçidlə bağlı aparılan müzakirələr müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni yanaşmaları da gündəmə gətirir. Deputat Elnarə Akimova hesab edir ki, gələcəkdə müəllimlərin əməkhaqqının yalnız dərs yükünə görə deyil, həm də hazırladıqları şagirdlərin əldə etdikləri nəticələr nəzərə alınmaqla diferensiallaşdırılması mümkündür. Lakin bu model obyektiv və çoxmeyarlı qiymətləndirmə prinsipləri əsasında qurulmalıdır.

“Yeni Sabah”  bildirir ki, Modern.az-a danışan deputat bildirib ki, tamştatlı əməkhaqqı sistemi ilk baxışda yalnız maaş mexanizminin dəyişdirilməsi kimi görünsə də, əslində müəllim peşəsinin mahiyyətinə yeni yanaşmanın formalaşdırılması deməkdir:

"Bu, müəllimin yalnız keçdiyi dərs saatına görə deyil, məktəbin ümumi fəaliyyətində, şagirdlərin inkişafında və təhsil mühitinin formalaşmasında oynadığı rolun daha obyektiv qiymətləndirilməsi istiqamətində mühüm addım hesab oluna bilər". pizza hut

Deputatın sözlərinə görə, müəllimin peşəkarlığını göstərən əsas meyarlardan biri onun yetişdirdiyi şagirdlərin uğurlarıdır.

"Respublika və beynəlxalq fənn olimpiadalarında qazanılan uğurlar, qəbul imtahanlarında yüksək nəticələr, beynəlxalq müsabiqələrdə, elmi layihələrdə, startap yarışlarında və digər intellektual platformalarda əldə edilən nailiyyətlər müəllimin uzun illər ərzində sərf etdiyi zəhmətin real göstəricisidir".

Elnarə Akimova hesab edir ki, nəticəyönümlü qiymətləndirmə müəllimlər arasında sağlam rəqabət mühiti yarada bilər. Onun fikrincə, belə yanaşma müəllimləri yalnız proqramı başa çatdırmağa deyil, hər bir şagirdin potensialını üzə çıxarmağa, yeni tədris metodlarından və müasir texnologiyalardan istifadəyə daha çox həvəsləndirəcək.

Bununla yanaşı, deputat diferensial əməkhaqqı sisteminin yalnız qəbul imtahanlarının nəticələrinə əsaslanmasının doğru olmadığını vurğulayıb:

"Əgər qiymətləndirmə yalnız test ballarına əsaslansa, bu, məktəbin əsas missiyasını kölgədə qoya bilər. Məktəb sadəcə universitetə abituriyent hazırlayan müəssisə deyil, vətəndaş, şəxsiyyət və milli-mənəvi dəyərlərə bağlı insan yetişdirən təhsil ocağıdır".

Deputatın sözlərinə görə, qiymətləndirmə zamanı müəllimin peşəkar inkişafı, sertifikatlaşdırma nəticələri, şagirdlərin ümumi bilik artımı, olimpiada və müsabiqələrdə qazandıqları uğurlar, innovativ layihələrdə iştirakı, rəqəmsal bacarıqları, məktəbin ictimai həyatındakı fəallığı, valideynlərlə əməkdaşlığı və inklüziv təhsilə verdiyi töhfə də nəzərə alınmalıdır.

Deputat hesab edir ki, müəllimlərin fəaliyyət göstərdikləri mühit də qiymətləndirmə mexanizminin tərkib hissəsi olmalıdır:

"Şəhər məktəbi ilə ucqar kənd məktəbinin imkanları eyni deyil. Bəzi müəllimlər istedadlı uşaqlarla işləyir, digərləri isə sosial baxımdan həssas qruplara mənsub şagirdlərin təhsilinə dəstək verir. Ona görə də qiymətləndirmə mexanizmi müəllimin fəaliyyət göstərdiyi mühiti də nəzərə almalı, heç kəs üçün ədalətsiz rəqabət yaratmamalıdır".

Elnarə Akimova sonda bildirib ki, tamştatlı əməkhaqqı sistemi tətbiq edilərkən nəticəyönümlü diferensial əməkhaqqı modelinin də mərhələli şəkildə formalaşdırılması məqsədəuyğundur. Onun fikrincə, bu model müəllimin bütün peşə fəaliyyətini, şagirdin inkişafını və məktəbə verdiyi töhfəni əhatə edən obyektiv və şəffaf qiymətləndirmə mexanizmi əsasında qurulmalıdır. Bu isə həm müəllim peşəsinin nüfuzunun yüksəlməsinə, həm də Azərbaycan təhsilinin keyfiyyətinin artırılmasına xidmət edəcək.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Avqust 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri