Icma.az
close
up
RU
Müəllimlərin maaşı ilə bağlı MÜHÜM XƏBƏR

Müəllimlərin maaşı ilə bağlı MÜHÜM XƏBƏR

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məktəblərdə tamştatlı əməkhaqqı sisteminə keçidlə bağlı aparılan müzakirələr müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni yanaşmaları da gündəmə gətirir. Deputat Elnarə Akimova hesab edir ki, gələcəkdə müəllimlərin əməkhaqqının yalnız dərs yükünə görə deyil, həm də hazırladıqları şagirdlərin əldə etdikləri nəticələr nəzərə alınmaqla diferensiallaşdırılması mümkündür. Lakin bu model obyektiv və çoxmeyarlı qiymətləndirmə prinsipləri əsasında qurulmalıdır.

Modern.az-a danışan deputat bildirib ki, tamştatlı əməkhaqqı sistemi ilk baxışda yalnız maaş mexanizminin dəyişdirilməsi kimi görünsə də, əslində müəllim peşəsinin mahiyyətinə yeni yanaşmanın formalaşdırılması deməkdir:

"Bu, müəllimin yalnız keçdiyi dərs saatına görə deyil, məktəbin ümumi fəaliyyətində, şagirdlərin inkişafında və təhsil mühitinin formalaşmasında oynadığı rolun daha obyektiv qiymətləndirilməsi istiqamətində mühüm addım hesab oluna bilər".

Deputatın sözlərinə görə, müəllimin peşəkarlığını göstərən əsas meyarlardan biri onun yetişdirdiyi şagirdlərin uğurlarıdır:

"Respublika və beynəlxalq fənn olimpiadalarında qazanılan uğurlar, qəbul imtahanlarında yüksək nəticələr, beynəlxalq müsabiqələrdə, elmi layihələrdə, startap yarışlarında və digər intellektual platformalarda əldə edilən nailiyyətlər müəllimin uzun illər ərzində sərf etdiyi zəhmətin real göstəricisidir".

Elnarə Akimova hesab edir ki, nəticəyönümlü qiymətləndirmə müəllimlər arasında sağlam rəqabət mühiti yarada bilər. Onun fikrincə, belə yanaşma müəllimləri yalnız proqramı başa çatdırmağa deyil, hər bir şagirdin potensialını üzə çıxarmağa, yeni tədris metodlarından və müasir texnologiyalardan istifadəyə daha çox həvəsləndirəcək.

Bununla yanaşı, deputat diferensial əməkhaqqı sisteminin yalnız qəbul imtahanlarının nəticələrinə əsaslanmasının doğru olmadığını vurğulayıb:

"Əgər qiymətləndirmə yalnız test ballarına əsaslansa, bu, məktəbin əsas missiyasını kölgədə qoya bilər. Məktəb sadəcə universitetə abituriyent hazırlayan müəssisə deyil, vətəndaş, şəxsiyyət və milli-mənəvi dəyərlərə bağlı insan yetişdirən təhsil ocağıdır".

Deputatın sözlərinə görə, qiymətləndirmə zamanı müəllimin peşəkar inkişafı, sertifikatlaşdırma nəticələri, şagirdlərin ümumi bilik artımı, olimpiada və müsabiqələrdə qazandıqları uğurlar, innovativ layihələrdə iştirakı, rəqəmsal bacarıqları, məktəbin ictimai həyatındakı fəallığı, valideynlərlə əməkdaşlığı və inklüziv təhsilə verdiyi töhfə də nəzərə alınmalıdır.

Deputat hesab edir ki, müəllimlərin fəaliyyət göstərdikləri mühit də qiymətləndirmə mexanizminin tərkib hissəsi olmalıdır:

"Şəhər məktəbi ilə ucqar kənd məktəbinin imkanları eyni deyil. Bəzi müəllimlər istedadlı uşaqlarla işləyir, digərləri isə sosial baxımdan həssas qruplara mənsub şagirdlərin təhsilinə dəstək verir. Ona görə də qiymətləndirmə mexanizmi müəllimin fəaliyyət göstərdiyi mühiti də nəzərə almalı, heç kəs üçün ədalətsiz rəqabət yaratmamalıdır".

Elnarə Akimova sonda bildirib ki, tamştatlı əməkhaqqı sistemi tətbiq edilərkən nəticəyönümlü diferensial əməkhaqqı modelinin də mərhələli şəkildə formalaşdırılması məqsədəuyğundur. Onun fikrincə, bu model müəllimin bütün peşə fəaliyyətini, şagirdin inkişafını və məktəbə verdiyi töhfəni əhatə edən obyektiv və şəffaf qiymətləndirmə mexanizmi əsasında qurulmalıdır. Bu isə həm müəllim peşəsinin nüfuzunun yüksəlməsinə, həm də Azərbaycan təhsilinin keyfiyyətinin artırılmasına xidmət edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Avqust 2026 02:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri