Müəllimlər də rotasiya olunmalıdır? Elm və təhsil komitəsinin üzvündən AÇIQLAMA
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Təklif var ki, müəllimlərin də məktəb direktorları kimi rotiasiyası həyata keçirilməlidir.
Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun fikrincə, belə məsələlərdə diqqətli olmalıyıq.
"Əgər rotasiyaya ehtiyac varsa, bunu etmək olar. Amma biz çalışmalıyıq ki, müəllim daha çox öz yaşadığı bölgədə işləsin, orada öz tələbələrinə, şagirdlərinə töhfəsini versin. Hər bir məsələ ciddi təhlil olunmalı, araşdırılmalıdır. Onun nə dərəcədə səmərəli olduğu öyrənilməlidir. Əgər öyrənilsə ki, həqiqətən bunun çox böyük səmərəsi var və bunun çox ciddi nəticəsi olacaq, o vaxt bu məsələyə baxmaq, belə bir qərarı qəbul etmək olar. Hazırkı dönəmdə isə hesab edirəm ki, bu barədə yalnız müəyyən təhlillər və səmərəlilik araşdırıldıqdan sonra düşünmək və qərar qəbul etmək olar", - deyə deputat bildirdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 17 Oktyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















