Icma.az
close
up
RU
Əfv, yoxsa amnistiya: Komissiya üzvündən AÇIQLAMA

Əfv, yoxsa amnistiya: Komissiya üzvündən AÇIQLAMA

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər ölkəmizdə imzalanan əfv sərəncamları yüzlərlə məhkuma yeni həyat imkanı tanıyır və ailələrə sevinc bəxş edir.

Bu sərəncamlar özəlliklə bayram ərəfələrində imzalanır.

Qeyd edək ki, artıq bir müddətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. İndiyədək neçə iclas keçirilib, nə qədər işə baxılıb və əfvin amnistiya ilə əvəz olunacağı gözlənilirmi? 

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Cebheinfo.az"a bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları davam edir: 

"Ümumi müzakirələrin də qapalı aparılması səbəbləri baş verən cinayətin müxtəlif iştirakçıları, motivləri və digər cəhətləri ilə bağlıdır ki, buna görə də geniş məlumatlar verilmir.

Düşünürük ki, proses mayın 28-ə qədər davam edəcək. Ötən illər ərazində dövlət başçısı tərəfindən, Ulu Öndərdən başlayan əfv və amnistiya kursu 10 minlərlə insanın azadlığına şərait yaradıb.Eləcə də birliyi, həmrəyliyi gücləndirib və dövlət-vətəndaş münasibətlərində mühüm bir hadisəyə çevrilib. Hüquq sisteminin humanistləşməsinə yol açıb. Cinayət məcəlləsində dekriminallaşma istiqamətində böyük addımlara səbəb olub. Bu baxımdan əfv siyasəti özlüyündə dövlətin millətimiz, dövlətimiz üçün həyata keçirdiyi ən mühüm humanist siyasətlərdən biridir. Ona görə də proses hələ ki, davam edir. Konkret nə qədər işə baxıldığı barədə fikir söyləmək mənim üçün çətin olar.

Ümumimiyyətlə, sərəncamın nə vaxt olacağı ilə bağlı konkret fikir demək çətindir. Ötən dəfə Ulu Öndərin yubileyi ilə bağlı elə bir amnistiya aktı icra olunmuşdu. Bu da özlüyündə Ulu Öndərin bu siyasəti başlayan və "Konstitusiya və suverenlik ili" çərçivəsində həyata keçirilən ən mühüm addımlardan biri olardı.Əfvlə bağlı bu il başlanan iclasların beşincisidir. Ona görə də müzakirələrin gedişi onu deməyə əsas verir ki, bu may ayına qədər çəkəcək və ondan sonra da qərar icra olunacaq. Yekunda əfv qərarı olacaq".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Əfv amnistiya Komissiya üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Aprel 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri